Gündəm

Azərbaycan quru sərhədlərini niyə açmır? - Deputatdan mühüm açıqlama

MUMtv.az: - Azərbaycanla quru sərhədlərin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına müsbət təsir göstərəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib. Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var:

“Bilirik ki, səbəblərdən biri koronavirus idi, təhlükəsizlik baxımından bağlanmışdı. Daha sonra təhlükəsizlik nöqteyi-nəzərindən regionda hadisələr inkişaf etdi, ona görə Azərbaycanın nə üçün belə qərar verdiyini deyə bilmərəm. Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.

Mövzunu Yenisabah.az-a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, sərhədlərin bağlı qalması insanlara maddi olaraq ciddi ziyan vurur:

“Hələki bu istiqamətdə aydın bir yanaşma yoxdur. Sərhədlər qismən açılmalıdır və xüsusi kateqoriya insanlar var ki, bu onların gediş-gəlişi üçün böyük problemlər yaradır. Sərhədlərin bağlı qalması maddi baxımdan insanlara ciddi zərbə vurur. Hər halda bu istiqamətdə düşünülməlidir. Çünki belə bir gedişatda bu məsələnin görməzlikdən gəlinməsi mümkün deyil”.

Deputat qeyd edib ki, yaxın gələcəkdə sərhədlərin açılması ilə bağlı addımların atılması mütləqdir.

“Xüsusən tələbələr, xəstə insanlar üçün ciddi narazılıq yaradır. Bu istiqamətdə konkret addımlar atılarsa, müsbət irəliləyişlər əldə edilə bilər. İnsanların turizm, müalicə, ticarət və başqa məsələlərin həllində sərhədlərin açılması lazımdır. Düzdü, sərhədlərin bağlı qalması ilə bağlı hökumətin müəyyən mülahizələri var, amma bunun əvvəl-axır bir sonu olmalıdır. Davam edən proseslərin fonunda sərhədlərin açılması mütləqdir”.


Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər