Gündəm


MUMtv.az: - Xəbər verdiyimiz kimi, Rusiyada Prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıblar. Bəs görəsən, ruslar kütləvi şəkildə qonşu ölkə olan Azərbaycana üz tutsalar, bu ölkə bizim ölkənin iqtisadiyyatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ilkin mərhələdə rusların Bakıya üz tutması müsbət haldır:

“Səfərbərliyin elan edilməsi səbəbindən rus vətəndaşlarının ölkəni tərk etməyə çalışması təbiidir. Bu gözləniləndir, çünki hər kəs bilir ki, Rusiya hansı torpaqlarda müharibə aparır. İnsanlar orada döyüşmək istəmirlər, bu aydın məsələdir. O ki, qaldı bu məsələnin iqtisadi təsirlərinə zatən müharibə Rusiya iqtisadiyyatına çox ciddi təsir göstərib. Təsirlər rəsmi təsdiq edilmiş rəqəmlərdən dəfələrlə artıqdır.

Rusların ölkəni tərk edərək Bakıya üz tutmalarına gəldikdə isə burada bir məsələ var, səfərbərliyin ilkin mərhələsində Bakıya üz tutan rusların sayı müəyyən həddə qədər Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlər yarada bilər. Çünki birinci mərhələdə maddi cəhətdən yuxarı səviyyəli olan vətəndaşlar bura üz tutacaqlar və bu da təbii olaraq müəyyən miqdarda pul vəsaitlərinin, yəni istər mənzillərin qiymətində, kirayə bazarında, istərsə də iqtisadiyyatın digər sahələrində pul dövriyyəsini, iqtisadi aktivliyi artıra bilər. Yəni pullu rusların Bakı şəhərinə daxil olması müsbət haldır”.

İqtisadçının sözlərinə görə, bu gəliş kütləvi hal alarsa, ruslar Azərbaycan iqtisadiyyatına heç bir fayda verməyəcək:

“Səfərbərliyin həcmi artdıqca və müharibənin fəsadları çoxaldıqca, rusların Rusiyadan qaçışı kütləvi hal alacaq, o zaman daha aztəminatlı insanlar müxtəlif yollarla ölkəni tərk edərək Bakıya üz tutacaq. 

Bu zaman iqtisadi dividentdən  digər sosial problemlərin yaranmasına şərait yarana bilər. Yəni müəyyən həcmdə, müəyyən miqdarda cibində, kartında pul olan şəxslərin ölkəyə gəlməsi müsbət divident gətirir, amma bu kütləvi hal aldıqda, bir növ qaçqın statusuna yaxın insanların müharibədən qaçıb gəlib Bakıda iş axtarması ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər