Gündəm
Gündəm / Siyasət / Dünya
"Rusiya əleyhinə hislər Orta Asiyada da var, lakin..." - ekspert
MUMtv.az Cebhe.info-ya istinadən xəbər verir ki, o, fikirlərini Rusiya mətbuatına verdiyi şərhlərdə bildirib. Mendkoviçin fikrincə, bu iki ölkə arasında ruslara münasibət təzad təşkil edir:
"Belə ki, Orta Asiya ölkələrindən heç biri rusiyalıları sıxışdırmaq kimi məqsədyönlü siyasət yürütməyib və amma bu siyasət indi Ukraynada aydın şəkildə büruzə verir",-deyə o bildirib. Analitik qeyd edib ki, SSRİ-nin süqutuna qədər Ukraynadakı ruslar əhalinin təxminən 22 faizini təşkil edib:"Həmin dövrdə etnik ukraynalılar da rus dilində danışırdılar",-deyə o xatırladıb.
"Rusiya əleyhinə hislər Orta Asiyada müəyyən formalarda mövcuddur, lakin bu, daha çox siyasi tendensiyadır, ümumi əhalinin real tələbi deyil",-deyə Mendkoviç vurğulayıb.
Xatırladaq ki, bu il iyulun 21 -də Ukrayna Prezidenti Vladimir Zelenski "Ukraynanın yerli xalqları haqqında" qanun imzalayıb. Sənədə görə, yerli xalq-Ukrayna ərazisində yaranan, özünəməxsus dil və mədəniyyət daşıyıcısı olan və ölkə xaricində dövlət təhsili almayan avtoxton etnik bir cəmiyyətdir.
Bildirək ki, Ukraynada yaşayan ruslar bu maddəyə şamil edilməyib. Rusiya Prezidenti Vladimir Putinin jurnalistlərlə keçirdiyi "Birbaşa xətt" zamanı isə qanunun yerli xalqlara təsirini kütləvi qırğın silahlarının istifadəsi ilə müqayisə edib. Onun fikrincə, Ukrayna hakimiyyətinin hərəkətləri Ukraynadakı rusların hüquq və azadlıqlarını sıxışdırır və rusları ikinci dərəcəli insanlar kimi onlara hiss etdirirlər.