Gündəm

Əliyev-Paşinyan görüşü: Müsbət nəticəyə tələsəkmi? - Ekspert danışır

“Əliyev ilə Paşinyan arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı yayılan məlumatlar hələ rəsmi səviyyədə təsdiqini tapmayıb. Amma son günlər Azərbaycan və Ermənistan arasında diplomatik təmasların artırılması, xüsusilə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərlik etdikləri böyük heyətlərin bir neçə gün ardıcıl müzakirələr aparması onu deməyə əsas verir ki, prosesdə hansısa razılaşma və ya hərəkətlənmə mövcuddur. Əlbəttə, bu görüşlərdən qısa zamanda müsbət sonluq gözləmək olmaz. Çünki Ermənistan və onun rəhbərliyinin davranışlarına, erməni cəmiyyətində baş verənlərə diqqət yetirsək görərik ki, hələlik prosesdə ciddi irəliləyiş yoxdur”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə bir araya gələcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə ehtimal olunan görüşünün baş tutması müsbət hadisə olardı.

O. Qasımov əlavə edib ki, belə görüşlərin əhəmiyyəti var:

“Avropa İttifaqı da öz vasitəçiliyini həyata keçirməyə çalışır. Sadəcə, problem ondan ibarətdir ki, Avropa İttifaqı kollektiv qurumdur, Fransa burada qəbul edilən qərarlara təsir etmək imkanlarına malikdir. Odur ki, Brüsselin vasitəçilik missiyası Parisin təsirləri səbəbindən tam uğurla nəticələnmir”.

Müsahibimiz xatırladıb ki, məhz Fransa prezidenti Makronun təsiri nəticəsində oktyabrın 6-dan sonra Avropa İttifaqının xətti ilə təmaslar olmayıb. Üstəlik, rəsmi Parisin təhriki ilə Avropa İttifaqı dekabrda Azərbaycan-Ermənistan sərhəddinə göndərdiyi mülki missiyanın müddətini və tərkibini artırmaqla bağlı qərar qəbul edib. Amma bu zaman Azərbaycanla hər hansı məsləhətləşmə aparılmayıb. Bu isə Brüsselin vasitəçilik missiyasına kölgə salıb.

O. Qasımov əlavə edib ki, Avropadan göndərilmiş mülki missiyaya qarşı Ermənistan tərəfindən tənqidi fikirlər səsləndirilir. “Hətta Paşinyan bu missiyanın Ermənistanda mövcudluğunu təhlükəsizliyin təminatından daha çox təhdidi yaratdığını ifadə edir. Bu da ciddi siqnal sayıla bilər. Mümkündür ki, Avropa İttifaqı bunları da nəzərə alır. Hər halda görüşün keçirilməsi müsbət hal olsa da, hələlik ciddi nəticələrin əldə ediləcəyini düşünmürəm”,- deyə O. Qasımov fikrini yekunlaşdırıb.

Son xəbərlər

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bütün xəbərlər