Gündəm

"Noyabrda Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalaya bilər" - Politoloq

"Bu ilin noyabr ayında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı böyükdür".

Bunu "MUMtv.az"a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması haqqında çıxışını şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, artıq hər iki ölkənin XİN rəhbərliyi altında sülh müqaviləsinin ümumi skeleti hazırlanır: "Brüssel təkcə vasitəçilik missiyasını həyata keçirmir, həm də hər gün orada qəbul edilən qərarların necə yerinə yetirilməsi ilə də maraqlanır və bu işi daimi nəzarət altında saxlayırlar.

Artıq xarici işlər nazirliyinin rəhbərliyi altında sülh müqaviləsinin ümumi skeleti hazırlanmaqdadır. Bununla bağlı işçi qrupu yaradılıb və onlara layihənin hazırlanması tapşırılıb. Sentyabrın sonlarında hazırlanmış layihələrin XİN səviyyəsində müzakirəsi keçiriləcək. Bundan sonra hər iki tərəfin hazırladığı layihəyə uyğun olan şərtlər müəyyən qədər nəzərə alınacaq".

Qabil Hüseynli onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə qədər həm sülh sazişinin ümumi müddəaları, həm də sərhədlərin delimitasiyası və demarkasiyası təsdiqlənə bilər: "Hər halda sülh yaratmaq prosesi start götürüb və bu proses davam etməkdədir. Məsələnin kulminasiya nöqtələri sentyabrın sonlarında XİN rəhbərlərinin görüşü, daha sonra isə onların hazırladıqları layihənin ortaq layihəsinin hazırlanması və yalnız bundan sonra Brüsseldə hər iki ölkə rəhbərlərinin görüşü olacaq. Zənnimcə, burada sülh müqaviləsinin ümumi müddəaları razılaşdırıla bilər. Buna qədər əsas məsələ isə sərhədlərin delimitasiyasıdır ki, növbəti ay həmçinin Brüsseldə bununla bağlı işçi qrupun növbəti görüşü keçiriləcək. Yəni ölkə başçılarının görüşünə qədər həm ümumsülh sazişinin müddəaları, həm də sərhədlərin delimitasiyası və demarkasiyası təsdiqlənə bilər.

Hazırda Ermənistanda qarışıqlıqdır, Rusiyanın təhriki ilə fəaliyyətə başlamış müxalifət aramsız çıxışlar edir və Paşinyanı istefaya çağırırlar. Amma Nikol Paşinyanı devirmək mümkün olmayacaq, çünki bunun üçün parlament çoxluğu lazımdır ki, o da yoxdur. Əksinə, sülh müqaviləsi imzalandıqdan sonra onun mövqeyi daha da möhkəmlənəcək".

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər