Gündəm

Paşinyan sülh müqaviləsinin detallarını AÇIQLADI

Ermənistan və Azərbaycan arasında sülh prinsipləri üç beynəlxalq formatda razılaşdırılıb. 

"MUMtv.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "The Telegraph"a müsahibəsində deyib. 

Onun sözlərinə görə, sülh prinsiplərinin birincisi 2022-ci ildə baş tutub: "Oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və mən. Biz uzun müzakirələrdən sonra dördtərəfli görüş zamanı, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması prinsipinin qeyd edildiyi birgə bəyanat qəbul etdik. 

Alma-Ata Bəyannaməsi ilə Sovet İttifaqı respublikaları arasında mövcud inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir.

İkinci mühüm məqam ondan ibarətdir ki, Alma-Ata bəyannaməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası üçün əsas olmalıdır. Bu həm də çox mühüm prinsipdir ki, bu kontekstdə Ermənistanla Azərbaycan arasında demarkasiya prosesində sərhəd yaradılmamalı, Alma-Ata Bəyannaməsi ilə təsdiq edilmiş və yenidən təsdiqlənmiş xəritələrlə sərhədlər yerlərdə ifadə edilməlidir. Bu, ilk fundamental tənzimləmədir".

Baş nazirin sözlərinə görə, bundan sonra oktyabrın 30-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və onun işirakı ilə üçtərəfli bəyanat imzalanıb: "Bu bəyanatda Ermənistan və Azərbaycan yazılı bəyanatda bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını və güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən imtina etmələrini bəyan etdilər. Yəni bütün məsələlər danışıqlar yolu ilə həll olunacaq. Bu saziş həm də üçüncü fundamental prinsipin formalaşması üçün əsas oldu Bu da o deməkdir ki, regionda kommunikasiyaların açılması, blokların açılması və bir-biri üçün yolların açılması ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət çərçivəsində baş verəcək. Bu prinsip əvvəlki iki prinsiplə birlikdə mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşlər nəticəsində qeydə alınıb. Üstəlik, danışdığım hər şey ictimai sənədlərə aiddir".

Paşinyan qeyd edib ki, mahiyyət etibarı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb: "Biz yekun sənədin mətni üzərində nəhayət razılığa gəlməyə çox yaxın idik. Azərbaycan üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina etdi, ondan sonra Azərbaycanda prezident seçkiləri təyin olundu. Hazırda biz bu nöqtədəyik və güman edirəm ki, prezident seçkilərindən sonra siyasi iradə olarsa, biz bu məqamların icrasına nail ola biləcəyik.

Lakin bu qədər vaxt itirməyimiz o qədər də müsbət əlamət deyil".

Son xəbərlər

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Bütün xəbərlər