Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsiplərini razılaşdırıb - Paşinyan açıqladı
"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".
"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub.
Paşinyanın sözlərinə görə, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub: "Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.