Gündəm

Xocavındlilərin bitmək bilməyən torpaq dərdi:  Bu dəfə  məmurlar  özləri zəbt  ediblər - Belə deyirlər... (VİDEO)

Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır".

Bu qədər rayon sakinləri işsizlikdən narazılıq edir, rayon rəhbərliyinin əkinə yararlı torpaq sahələrini mənimsəməsindən və sair şikayətlənirlər, bu qədər tənqidi yazılar yazılır, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə "üzünü ay batana çevirib, zənginliyin valehedici səsini dinləyir". Nə artıq "intihar həddinə çatmışam" deyən Xocavənd sakini - eyni zamanda müharibə veteranı Eldəniz Məmmədovu eşidir, nə 14 ildir "çörəyini əlindən aldığı" Vəzifə Bayramovanı görür, nə işi, əkin üçün torpaq sahəsi, nə də heyvanlarını otarmağa "bir qarış" örüş sahələri belə olmayan digər sakinləri.

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Eyvaz Hüseynovun "səxavət siyahısı"nı təqdim edən müharibə əlili yenə danışdı - VİDEO

Məqamlarını "ata mülkü" zənn edən başçıların sərgüzəştləri - "Serial" davam edir...// VİDEO

Eyvaz Hüseynov mətbuata müraciət edən narazı sakinləri təhdid edib? - Xocavənd sakinlərinin etirazı // VİDEO

"DogruXeber.az" informasiya agentliyi artıq 3 ildir ki, Xocavənd rayon sakinlərinin "dərd ortağı"na çevrilib. Uzun illərdir eyni problemlərlə çarpışan sakinlər, bu illər ərzində hər biri ayrı-ayrılıqda aidiyyatı qurumlara dəfələrlə, təkrar-təkrar müraciət etdiklərini və aidiyyatı qurumların bütün müraciətlərə elə Eyvaz Hüseynovun özü kimi ümumiyyətlə heç bir reaksiya vermədiklərini deyirlər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl, biz "DogruXeber.az" informasiya agentliyi olaraq, ölkə prezidentinə rəsmi müraciət ünvanlamışdıq. Eyni zamanda, həmin müraciətiin surəti tərəfimizdən birinci vitse-prezidentə, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevə, İqtisadiyyat Naziri Mikayıl Cabbarova, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova da göndərilmişdir.

Bundan təqribən 3-4 gün sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşı olduğunu deyən Vaqif adlı şəxs "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərova zəng edib, "Kanal14" YouTube kanalında yayımlanan torpaq sahələrinin görüntüləri ilə bağlı araşdırma aparmaq üçün Xocavənd qəsəbəsinə getmək istədiyini və bələdçilik üçün şikayətçi vətəndaşlarla görüşmək istədiyini bildirdi. Kamal Əsgərov torpaq sahələrinin olmadığını iddia edən Eldəniz Məmmədovun, Münasib Rüstəmovun, Vəzifə Bayramovanın və Natiq Axundov adlı digər sakinin telefon nömrəsini həmin məsul şəxsə verdi.

Sakinlərin redaksiyamıza bildirdiyinə görə Özünü Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məsul əməkdaşı kimi təqdim edən Vaqif adlı şəxs onlarla telefonla danışıb, "obeddən (nahardan) sonra qəsəbəyə gələcəm" deyib. Lakin, sonra o, nə qəsəbəyə getməyib, nə də ümumiyyətlə onların telefon zənglərinə cavab verməyib. "Obed"in təsirindən bir neçə günə anca çıxa bilən Vaqif müəllim 1-2 gün keçdikdən sonra nəhayət telefona cavab verib, - "Mən nəyə gəlime, orda boş torpaq yoxdur axı, özünüz deyirsiniz ki, hamısı kimlərinsə adına sənədləşdirilib", deyə yaxasını məsuliyyətdən kənara çəkib.

Qeyd: Halbuki, elə təqdim edilən görüntülərdə də, göndərilən müraciətdə də vurğulanırdı ki, "Rayon sakinlərinin iddiasına görə on min hektar torpaq sahəsini icra başçısı Eyvaz Hüseynov ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirərək mənimsəyib." Hətta, buna dair Xocavənd rayon Kurapatkin kənd sakini Hamlet Gülməmmədovun təqdim etdiyi əkinə yararlı torpaq sahələrinə sahiblənən şəxslərin siyahısını da "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında dəfələrlə yayımlamışıq.



Amma, deyəsən Vaqif müəllim bunu "obeddən (nahardan) sonra dərindən düşünüb" və qərara gəlib ki, o, özünün dili ilə desək, "camaatın torpağını əlindən ala bilməz".

Görünür, rayon sakinləri bu dəfə də haqlı çıxdılar. Onlar, "Eyvaz Hüseynov hökmü"nün ölkə başçısının tapşırıqlarından daha kəskin olduğunu, Eyvaz Hüseynovun prezidentin tapşırıqlarına məhəl qoymadığını elə canlı yayımda da bir neçə dəfə özləri bildirmişdilər.

Amma, bu dəfə məlum oldu ki, sən demə Eyvaz Hüseynova bu işdə aidiyyatı dövlət qurumlarının səlahiyyətli şəxslərinin "özləri şərait yaradırmış". Bilə-bilə (fərqi yoxdur hansı səbəbdən) tədbir görülmürsə, bu ona kömək etmək sayılır. Üstəlik də bu qanunazidd işlərə "qanuni don geyindirmək" də xalqda dövlətin qanunlarına qarşı aqressiya yaradır.



Elə bu kimi səbəblərdəndir ki, xalqın dilində "ölkənin yiyəsi yoxdur", "qanun təkcə kasıblar üçündür" və sair kimi ifadələr artıq el məsəlinə çevrilib.

Xocavənd sakinlərindən fərqli olaraq, biz bütün bu məsələlərin öz hüquqi həllini tezliklə tapacağına ümid edirik.

Mövzunu davam etdirəcəyik...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.azgundem, sosial, bolge, video, ustxeber, Cəmiyyət

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər