Gündəm

"İcra başçısı məni otağa salıb, döydü" -  ŞOK  İDDİA

MUMtv.az: - Xatırlayırsınızsa, ötən ilin sentyabr ayında bir qrup Xocavənd rayon sakinləri mətbuat konfransı keçirdilər. Konfransda İcra başçısı Eyvaz Hüseynov tərəfindən illərdir məruz qaldıqları haqsızlıqlara etirazlarını bildirirdilər. Həmçinin, onların sözlərinə görə "Nərgiztəpə" adlanan ərazidə, 305 hektar torpaq sahəsini İcra başçısı öz yaxınlarına və qohum-əqrəbasının adına bölüşdürüb. Həmin, ərazidə bir neçə balıq gölləri, eyni zamanda əkin sahələri də mövcuddur. Onların iddialarına görə həmin ərazidə yetişdirilən məhsullardan spirtli içkilər istehsal olunur ki, bu da İcra başçısının şəxsi bizneslərindən biridir.

Yerli sakinlər təsərrüfatla məşğul olmaq üçün yararlı torpaq sahəsi əldə edə bilmirlər.

Əslində, Xocavənd sakinləri illərdir icra hakimiyyətinə və digər dövlət qurumlarına dəfələrlə müraciət və şikayətlər edirlər. Onların səsinə heç bir qurum səs vermədiyi üçün, məcburiyyət qarşısında mətbuat konfransı keçirmişdilər. Lakin, çox təəssüflər olsun ki, Eyvaz Hüseynov hansı dağa güvənibsə, dünya-aləm umrunda deyil. Heç nədən, heç kimdən çəkinmədən, öz vətənə - vətəndaşa yararsız, cibi üçün yararlı fəaliyyətini davam etdirir.

Haqqında bu qədər narazılıqların, bu qədər şikayətlərin olmasına baxmayaraq, hələ də öz "taxt-tac"ında əyləşə bilməsi hər kəsdə təəccüb, Eyvaz Hüseynovda isə həddindən artıq özgüvən yaradıb. Bu özgüvənin sübutu isə Xocavənd rayonu Qaradağlı kənd sakini Sarıyev Pərviz Xıdır oğlu tərəfindən "DogruXeber.az" informasiya portalına göndərilən bu videogörüntülərdir.



44 günlük savaşın iştirakçısı, eyni zamanda 30 ildə arzu edib, 44 gündə qazanılan qələbədə zəhməti, əziyyəti olan döyüşçüyə qarşı saymazlıq, kobudluq bağışlanması mümkünsüz olan günahdır. Pərviz gücünü 44 gündə düşmənə, Eyvaz Hüseynov isə gücünü bircə gündə Pərvizə göstərdi. Səbəb isə Pərviz Sarıyevin iddiasına görə yalnız iş tələb etməsidir ki, övladının, ailəsinin yaşayışını təmin etsin. Bu Pərviz Sarıyevin haqqıdır. Ölkə başçısının da birbaşa tapşırığı var ki, birinci növbədə qazilər və müharibə iştirakçıları işlə təmin olunmalıdır. Eyvaz Hüseynovun İcra başçısı olaraq vəzifəsinə və ölkə başçısının qərarlarına sayqısının hansı pillədə olduğu onun fəaliyyətindən və bu qədər rayon sakinlərində yaratdığı narazılıqlardan bəllidir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

"İcra başçısı məni otağa salıb, döydü" -  ŞOK  İDDİA

"İcra başçısı məni otağa salıb, döydü" -  ŞOK  İDDİA

"İcra başçısı məni otağa salıb, döydü" -  ŞOK  İDDİA


Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər