Gündəm

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

"MUMtv.az" "DogruXeber.az"a istinadən  xəbər verir ki, Suraxanı rayon, Hövsan qəsəbəsi, E. Qasımov küçəsi, bina 15, mənzil 48 də müvvəqəti yaşayan, Müharibə əlili, Prezident təqaüdçüsü, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu tərəfindən redaksiyamızın elektron poçt ünvanına müraciət məktubu daxil olub.

Qeyd edək ki, Rövşən Novruzov redaksiyamız vasitəsilə ölkə başçısına ünvanladığı müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində mənə məxsus həyət evinin qarşısında kanalizasiya bərbad vəziyyətə düşüb, mənim kimi də orda yaşayan yüzlərlə sakinlər bu problemdən əziyyət çəkir. Dəfələrlə edilən müraciətə baxılmır. Kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını şəkil formasında əlavə etmişəm. Əlavə olaraq mən və yüzlərlə sakinlər azərsu üçün ödəniş edirik, bu ödənişin içində kanalizasiya ödənişidə vardır, lakin kanalizasiya xidmətinə pul ödəniş edilsə də bu sahədə xidmət göstərən yoxdur.

Xahiş edirəm ki, qeyd olunan ərazidə və mənə məxsus mənzilin su kanalizasiya sisteminin bərpa edilib düzəldilməsinə göstəriş verəsiniz."

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO


Gördüyünüz kimi, müharibə əlili kiçik bir kanalizasiya problemi üçün hətta ölkə başçısına müraciət edir. Çünki, özünün də bildirdiyi kimi, o dəfələrlə aidiyyatı üzrə qurumlara müraciət ətsə də, bugünə qədər problem olduğu kimi qalmaqdadır.

Fotolardan da aydın görünür ki, ərazidəki tikintilərin hamısı yeni tikintidir və küçənin tən ortası ilə qazılmış xətt isə bu yaşayış evlərinə sakinlərin gediş-gəlişini çətinləşdirir.

Ərazi sakinlərinin sözlərinə görə, sakinlərin çoxunun adını belə bilmədiyi "ərazi icra nümayəndəsi öz dəmində, öz keyfindədir. Hamısının xəbəri olsa da, ümumiyyətlə narahatçılıq belə keçirmirlər".

Maraqlıdır ki, Suraxanı rayon İcra Hakimiyyəti də bu boyda problemə seyirçi qalıb. Halbuki, mövcud problemin yaşandığı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təşkil olunan iclaslarda, aidiyyatı qurumların nümayəndələri qarşısında problemin həllini tələb etməlidir, həm sakinlərinim problemlərini, həm də ərazisinin bərbad vəziyyətinin aradan qaldırılması üçün tapşırıqlar verməlidir.

Əgər, ərazi yaşayış məqsədilə insanlara satılıbsa, həmçinin orada tikintilərin aparılmasına icazə verilibsə, təbii olaraq, insanların yaşayış şəraiti üçün normal olaraq bütün kommunallar, eləcə də yol və digər vacibatlar təşkil olunmalıdır ki, bu da rayon rəhbərliyinin üzərinə düşür. Amma, deyəsən, Suraxanı rayonunda diqqət yalnız tikintilərə ayrılıb. Yəni, çətini torpaq satılıb, ev, yaxud hər hansı bir iaşə obyekti tikilincədir. Təbii ki, tikinti üçün də vətəndaşlardan külli miqdarda xərc tələb olunur. Yox, söhbət tikintiyə sərf edilən materiallara çəkilən xərcdən deyil, əraziyə daş kərpic töküləndən, dam örtüyü vurulub qurtarana qədər o, qapıdan "ayağı kəsilməyən", günlərlə həmin ərazidə "növbəyə duran" səlahiyyətlilərə qeyri-rəsmi ödənilən pullardan gedir.

Ortaya çıxan bu kimi problemləri isə vətəndaşın öz üzərinə yükləyib, salırlar digər qurumların qapılarına ki, "bu bizə deyil Azəriqaza, Azərsu-ya, Azərişığa və sair aiddir, gedin onlardan tələb edin".

Belə götürəndə torpağın, tikintinin də icra hakimiyyətinə aidiyyatı yoxdur, amma kimsənin ixtiyarı yoxdur ki, icra hakimiyyətinin səlahiyyətlilərindən birini "görmədən" ərazidə daşı daş üstə qoysun.

Yeri gəlmişkən, tikintinin onlara aidiyyatı olmadığını deyən və bizi "qərəzli" yazmaqda qınayan Suraxanı İcra Hakimiyyətinin bu qınağının əsassız olduğunun sübutunu növbəti yazımızda faktlarla təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Partiyalar seçki kampaniyasına nə qədər vəsait ayıracaqlar? – SORĞU

Ziya Məmmədovun qardaşı gərginliyi Bakıya “gətirdi”-Özünü müxalifətdən ayırdı, amma…

Ayaq barmaqlarınızın forması sizin kim olduğunuzdan xəbər verir - FOTOLAR

Dərini günəş ləkələrindən qorumağın 7 yolu

"Yazdığım cavablar həminki deyildi, dəyişdirilmişdi" - Müəllimlərin etirazları davam edir // VİDEO

Bütün xəbərlər