Gündəm

Başçıdan gileyli olan ailə ölümlə üz-üzə...- VİDEO//FOTO

MUMtv.az:
- Bir neçə gün əvvəl Şirvan şəhər sakini Mikayılov Namiq Mirzə oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Namiq Mikayılov müraciətində dövlətə məxsus yataqxanada yaşlı, xəstə atası ilə birlikdə acınacaqlı durumda yaşadıqlarından gileylənir.

Şirvan şəhər sakinləri Mırzə Mikayılov və oğlu Mikayılov Namiq Mirzə oğlu agentliyimiz vasitəsilə son ümüdləri olaraq, ölkə başçısı Cənab İlham Əliyevə müraciət edirlər.

Şirvan şəhər Ibrahimov küçəsində, köhnə yataqxananın bir otağında acınacaqlı durumda yaşayan yataq xəstəsi Mirzə Mikayılovun və ona qulluq edən yeganə övladı 51 yaşlı Namiq Mikayılovun yaşadıqları şəraitin videogörüntülərini təqdim edirik.



Görüntülərdə də gördüyünüz kimi insan həyatı üçün təhlükə mənbəyi olan məqamlardan tutmuş, uzun illərdir yataq xəstəsi olan Mirzə Mikayılovun oğlu ilə birlikdə çox ağır durumda, balaca bir yataqxana otağında hansı çətinliklərlə üz-üzə yaşadıqlarını görürsünüz.

Bərbad vəziyyətdə olan otaqda - su yox!
Qaz yox!
Sanitar qovşaq yox!
Üstəlik də yaşadıqları otağın yataqxananın 4 cü mərtəbəsində yerləşməsi yaşlı ata və oğulun evdən çıxıb alış-veriş, yaxud hava almağa gedib-gəlmələrində çətinliklər yaradır.

Namiq Mikayılovun söylədikərinə görə xəstə atasının tez-tez halı daha da pisləşir. O zaman həkimlər də bu ünvana gəlməkdən imtina edirlər. Deyirlər, "4 cü mərtəbədə yerləşdiyi üçün, biz ora çıxa bilmirik".

Namiq Mikayılov bildirir ki, dözülməz vəziyyətlə bağlı dəfələrlə Şirvan şəhər icra hakimiyyətinə, şəxsən İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevə otağın dəyişdirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, əfsuslar olsun ki, hər dəfəsində də faciəvi durumda yaşayan ata-oğula rədd cavabı verilib.

Mirzə və Namiq Mikayılovların söylədiklərinə görə, həmin yataqxanada nisbətən normal şəraitli otaqlar 1500-2000 manata satılır.

İzləyicilərimiz xatırlamış olarlar ki, bir neçə ay öncə redaksiyamızda Şirvan şəhər sakini, ikinci qrup əlil Kazım Bəşirov da yaşadığı evin bərbad vəziyyətdə olmasından gileylənirdi. O da bildirirdi ki, mövcud durumla bağlı Şirvan şəhər İcra başçısı İlqar Abbasova dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmayıb.

DogruXeber.az - Linkə bax!

Əslində Şirvan şəhər İcra Hakimiyyətinin laqeydliyindən gileylənən sakinlər təkcə yuxarıda adlarını çəkdiyimiz sakinlərdən ibarət deyil. Yüzlərlə Şirvan sakinləri İcra Hakimiyyətinin biganəliyindən, saymazlığından şikayətlənir.

Lakin, görünən o ki, sən demə Şirvan şəhər İcra Hakimiyyətinin başı "daha mühüm" işlərə qarışdığından sakinləri unudub. Ümumiyyətlə, onları görməzdən gəlir.

Belə ki, 24.12.2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti bir gündə 4 tender müqaviləsi imzalayıb. 4 müqavilədən 3-ü haqqında isə "Dövlət Satınalma Portalı"nda ətraflı məlumat yerləşdirilməyib. Bu da bizdə bəzi suallar doğurduğu səbəbindən, məlumatı dərc etməzdən əvvəl, elə müqavilələrin imzalandığı gün, yəni 24.12.2021-ci il tarixində redaksiyamız adından Şirvan şəhər İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, göndərdiyimiz rəsmi sorğu hələ də cavablandırılmamış olaraq qaqalır.

Görünür, ya İcra Hakimiyyətinin başı növbəti imzalanacaq müqavilələr üçün plan cızmağa qarışıb,ya da veriləcək cavabı yoxdur.

(Mövzuya qayıdacağıq.)

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər