Gündəm


2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.

Məlumat üçün qeyd edək ki, bu barədə mediada dəfələrlə yazılsa da, Ə.Əzizov “Dədəm mənə “kor” deyib, “gəlib-gedəni vur” deyib” prinsipi ilə nə sakinlərin narazılığını saya salır, nə də onu bu vəzifəyə təyin edən edən dövlət başçısının qəzəbinə tuş gələcəyindən qorxur.

Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əzəiz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, cumhuriyyrt.az bildirir ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb. Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün yağışdan sonra çıxan göbələklər kimi yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.

Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından qısa müddət sonra təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib. Yerli sakinləri cumhuriyyet.az-a bildirdiyinə görə, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub. Buranı zəbt edilməsinə göz yuman Ə.Əzizov orada hələ sovet dövründn qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratması olub. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində “İrşad telekom” və “Araz” supermarketi yerləşir.

Ə.Əzizovun növbəti tikinti əməliyyatı Yeni Günəşli qəsəbəsi AB massivi 50v binanın qarşısında baş verib. Belə ki, 40 ildir burda yaşayan sakinlər binanın qarşısında tikilən obyektlərə görə gün işiğına həsrət qalıblar. Deyilənə görə icra başçısı aparılan tikinti işlərinin şəhid abidəsi ilə bağlı olduğunu deyərək sakinləri aldadıb. Onu da qeyd edək ki, eyni ərazidə 9 ay öncə  eyni binanın qarşısında  3 mərtəbəli obyekt inşa edilib. Bunadan hündürdə tikilən obyekt evləri qaranlığa qərq etmək və havalandırmanın qarşısını almaqla yanaşı kanalizasiya və çirkab sularının da binanın özülünə axıdır. İndi isə baş vermiş qanunsuzluğa etiraz edən sakinlər iş yerlərindən çıxarılmaqla təhdid edilir:



Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin etməsidir. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər