Gündəm

Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edildi

MUMtv.az: - Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.

Elm və Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.

Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.

Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib.

Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir.

Aşağıdakı posterlər və müvafiq link vasitəsilə yeniliklərlə ətraflı tanış ola bilərsiniz: https://shorturl.at/ilwTV

Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bütün xəbərlər