Gündəm


Bu şəxslər üçün ixtisas seçimi başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən "MUMtv.az"a verilən xəbərə görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 17-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=22 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə) ” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2022/2023-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə

İran "Nüvə Müqaviləsi"ndən çıxdı

Cüdoçumuz dünya çempionatının yarımfinalında

İsrail Tehranın hava məkanına nəzarəti ələ keçirdi

İsrail 150 min vətəndaşını geri qaytarır – Əməliyyat

Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Yüzlərlə iranlı bu ölkənin sərhədinə sığındı – VİDEO

Prezident Fələstinin yeni səfiri və ailəsi ilə görüşdü

Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video

Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

Klinik Psixoloq Zeynəb Rzayeva: "Qadın öz enerjisini kəşf edəndə, bütün nəsillər dəyişməyə başlayır"

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Qızıl Gül – Təkcə Gül Deyil, Bir Tarix, Bir Simvol!

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub

"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirdi

Avtomobili idarə etmədiyi halda vətəndaşa cərimə gəldi - İDDİA

Klinik Psixoloq Zeynəb Rzayeva: “Danışmayan uşaq təkcə susmur, kömək çağırışı edir"

Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı – FOTO

Geqamyan: “Zəngəzur əsasdır”

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız

İsrailin İrana zərbələri nəticəsində 224 nəfər ölüb

Bütün xəbərlər