Gündəm

"Belə şəraitdə kreditlərin tələbənin göstəricilərinə görə təyin edilməsində bir qədər ayrı-seçkilik yarana bilər" - ekspert

 

Mumtv.az: - Tələbələr təhsil krediti ala biləcək. Amma necə, hansı şərtlərlə, heç də hamı məlumatlı deyil. Kredit almaq tələbəyə sərf edəcəkmi? Nəzərə alsaq ki, aztəminatlı ailələr var, onların krediti ödəmək imkanları məhdud ola bilər. Qeyd edək ki, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı fərmanda kreditin hansı şərtlər daxilində veriləcəyi əksini tapıb.

Görünən budur ki, tələbə krediti simvolik faizlərlə veriləcək. Bu barədə Təhsil naziri Emin Əmrullayev dünən keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi 1-2 faiz olacaq. O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün isə standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən ediləcək: "Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən həssas sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin". Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondu tərəfindən verilən kreditlər uzunmüddətli olacaq: "Kreditin müddəti müzakiə edilərək təsdiq olunmalıdır, ancaq uzun müddətə, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

Təhsil eksperti Elçin Əfəndi "Şərq”ə açıqlamasında təhsil kreditlərinin şərtlərini izah etdi:

- Təhsil kreditlərinin verilməsində aztəminatlı ailələr, 1 və ya hər iki valideynini itirmiş tələbələr, valideyninin əlillik dərəcəsi olanlar, şəhid ailələrinin, müharibə iştirakçılarının övladları, sağlamlıq imkanları məhdud olanlar üstünlük təşkil edəcək. Məlumdur ki, ölkəmizdə bu kateqoriyadan olanların təhsil haqqından azad edilməsi təcrübəsi də var. Təhsil kreditlərinin verilməsində də bu meyarlar əsas götürüləcək. Həmçinin tələbənin tədrisdə əldə etdiyi nəticələr. Yüksək nəticələr göstərən tələbələrə kreditlər veriləcək. Bu şərtlər normaldır. Lakin kreditlərin cüzi olsa belə, faizlə verilməsi, hesab edirəm ki, düzgün deyil. Təhsil kreditlərində ümumiyyətlə faiz olmamalıdır. Lap tutalım, kredit 1-2 faizlidir. Yenə də toplamda böyük məbləğ alınır. Hansı ki, tələbə onu ödəmək imkanında olmaya da bilər. 20 il böyük müddətdir. Lakin burada tələbənin qarşıdakı 20 il ərzində uyğun işlə təmin oluna biləcəyi, tələbənin ixtisasına uyğun işdə özünü realizə edib-etməyəcəyi məsələsi var. İlk növbədə tələbənin işlə təmin olunmasına şərait yaradılmalıdır. Tələbə ali təhsil müəssisəsini bitirib konkret bir işdə çalışmalıdır ki, krediti geri qaytara bilsin. İş tapmayacaqsa, krediti necə, hansı yolla ödəyəcək? Fondun büdcəsi 80 milyon manadır. Bu da təxminən 10 min tələbənin təhsil kreditindən faydalana biləcəyi deməkdir. Amma dediyim kimi, tələbənin bu krediti Fonda qaytarması üçün lazımi imkanlar olacaqmı? Məsələ bundadır.

E.Əfəndi tələbələrə kreditin tədrisdə əldə edilən nəticələrə görə veriləcəyi məsələsinə də toxundu:

- Bir il yarım müddətdə pandemiya səbəbindən distant tədrisə keçildi. Hazırda semestr imtahanları onlayn qaydada keçirilir. Paytaxta nisbətən bölgələrdə internet resurslara əlçatanlıq fərqlidir, yəni zəifdir. Tələbələrin hamısı eyni imkanlara malik deyil. İstər tədris vasitələri baxımından, istərsə də internetə əlıçatanlıq baxımından. Bu, təhsilin keyfiyyətinə təsir göstərir. Biz qarşıda nələrin olacağını bilmirik, mümkündür ki, əyani dərslər tam gücüylə bərpa edilsin, bərpa olunmaması da gözləniləndir. Çünki pandemiyanın nə qədər davam edəcəyi də bilinmir. Belə şəraitdə kreditlərin tələbənin göstəricilərinə görə təyin edilməsində bir qədər ayrı-seçkilik yarana bilər. Ona görə də düşünürəm ki, kreditlər məsələsində hər bir detal incələnməli və nəzərə alınmalıdır.

E.Əfəndi dünya təcrübəsində tələbələrə verilən kreditin geri alınmaması təcrübəsinin olduğunu da dedi:

- Bir sıra ölkələrdə belə təcrübə var. Təhsil aldığı ali təhsil müəssisəsinin hansısa platformada şərəfini yüksəldən, adını ucaldan, hansısa kəşfi, ixtirası ilə, yaxud hansısa əməliylə universitetini məşhurlaşdıran tələbədən, əgər təhsil krediti verilibsə, geri alınmır. Ona bağışlanır bu kredit. Başqa bir təcrübə tələbənin çalışdığı şirkət, müəssisə ilə bağlıdır. Əgər ali məktəbi bitirib müəyyən bir şirkətdə, müəssisədə, dövlət qulluğunda çalışan ixtisaslı kadr işində peşəkarlıq nümayiş etdirirsə, işinin öhdəsindən bacarıqla gəlir, şirkətin, müəssisənin inkişafına, gəlirlərin artmasına xidmət edirsə, onun krediti işəgötürən tərəfindən qarşılanır, ödənir. Müsbət təcrübələr çoxdur. Müxtəlif ölkələr ali təhsili stimullaşdırmaq, tələbələrin daha yaxşı təhsil alması və gələcəklərinin təmin edilməsi üçün müxtəlif üsullardan istifadə edirlər.//dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər