Gündəm

Xalqın cibindən belə "oğurluq  edirlər" - VİDEO+FOTO

Güclü "sərfəli qiymət" reklamları ilə kiçik sahibkarların məhlə marketlərini sıxışdırıb aradan çıxaran şəbəkə marketlər, indi də deyəsən müştərilərin el dilində desək, "cibinə girməyə" başlayıb.

Yuxarıda "indi" sözünü işlətdik, amma əslində bu taktika bir çox şəbəkə marketlərdə çoxdan "fəaliyyətə başlayıb". Piştaxtada məhsulun qarşısında başqa qiymət olur, lakin kassada bir başqa məbləğ çıxılır. Çox zaman müştərilər buna fikir vermirlər, çünki bizim saf xalqımızı inandırmaq o, qədər də çətin deyil. Elə reklamları ilə xalqa inam aşılayan marketlər də, xalqın bu inamından istifadə edərək, hər fürsətdə aldatmağın yolunu tapırlar.

"MUMtv.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, bu kimi hallardan biri də iki gün əvvəl "Rahat" marketdə yaşanıb. Belə ki, Bəhruz Nəsirli adlı şəxs bu barədə Facebook sosial şəbəkəsində video paylaşıb və bu sözləri qeyd edib.



"Rahat market, Mənim 41 qəpiyim çatmasaydı siz mənə bu xurmanı aşağı qiymətə verərdiniz?
Əlbətdəki Xeyr !!!
Bəs niyə mən "güya endirimdə olan" xurmanı vitrində yazılan qiymətdən 41 qəpik artıq pul ödəməklə almalıyam?
Söhbət təkcə məndən getmir, ümumi deyirəm... Niyə xalqın, millətin cibinə girirsiz? Bu oğurluqdan başqa bir şey deyil axı...

Kassada olan işçiyə sual verirəm deyirəm bu necə olur ki, vitrində də eyni qiymətdir, barkoddada eyni qiymətdir, amma kompiuterdə 41 qəpik artıq göstərir,
deyir: NƏ BİLİM VALLAH...

Əfsuslar olsun ki, bunun bir adı var, oda
CƏZASI OLMAYAN OĞURLUQ-dur..."

Xalqın cibindən belə "oğurluq  edirlər" - VİDEO+FOTO


Yuxarıda da qeyd etdiyimiz kimi, Bəhruz Nəsirli də piştaxtadakı qiymətə sözün əsl mənasında aldanıb və gördüyü qiymətdən artıq pul ödəyib.

P.S: Qeyd edək ki, "DogruXeber.az"ın məsul əməkdaşı, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə "Rahat" marketlər şəbəkəsi ilə telefon əlaqəsi saxlayıb. Onunla telefonla danışan marketinq Kənan Şirinov adlı şəxs əməkdaşımızdan sözügedən görüntülərin ona göndərilməsini xahiş edib. Əməkdaşımız görüntüləri Kənan Şirinova göndərdikdən bir neçə dəqiqə sonra Kənan bəy zəng edərək, məsələni araşdırdıqlarını, bundan xəbərdar olduqlarını bildirib və belə halın yaşandığını etiraf edib. O, qeyd edib ki, həmin vətəndaş onlara da müraciət edib, vətəndaşdan üzr istənilib, hətta dəymiş ziyanın ödənilməsi təklif olunub. Sözügedən filialın müdiri barəsində isə rəhbərliyə məlumat verilib.

Bəli, bu mövqe bildirməli olan marketlər şəbəkəsinin məsul şəxsinin verdiyi cavab idi. Lakin, nəzərə alaq ki, hər gün marketlərdən alış-veriş edən bütün müştərilər də adıçəkilən Bəhruz Nəsirli kimi diqqətli deyil. Onların arasında qəbzi götürməyib gedənlər var, qəbzə fikir verməyənlər var, yaxud qəpik fərqinə görə utanıb ümumiyyətlə səsini çıxarmayanlar var və sair...

Atalar deyib, "dama-dama göl olar".

Çox təəssüflə bildiririk ki, bu kimi taktikalarla vətəndaşların cibinə girən təkcə şəbəkə marketlər, prestijli restoranlar deyil. Eyni zamanda uşaqdan böyüyə hər kəsin istifadə etdiyi "nar", "bakcell" və "Azercell" kimi mobil operatorlar tez-tez internet, yaxud danışıq paketlərində dəyişiklik edərək, yaxud müxtəlif "kompaniya"lar keçirərək, abunəçiləri xəbərdar etmədən, onların balansından müxtəlif kiçik məbləğlər silirlər. Vətəndaş bundan şikayətçi olduqda, "əgər istəmirsinizsə deaktiv edə bilərsiniz " deməklə, şikayətçinin susdururlar. Halbuki, bundan xəbərdar olana və xidməti deaktiv edənə qədər silinən məbləğlər arada itmiş olur. Hələ bundan ümumiyyətlə məlumatsız olub, şikayətçi olmayanları demirik.

Bu cür fəaliyyət göstərən şirkətlər, müəssisələr, müxtəlif alış-veriş məkanları, hətta prestijindən belə həya etməyən dəbdəbəli restoranlar belə halallarına haram qatmaqla, xalqın inamını 0-ra endirirlər.

Odur ki, əziz xalqımız, diqqətli olaq, çox təəssüf ki, bizdən bizə fayda yoxdur, zərər var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər