Gündəm

Süfrələr boş, piştaxta dolu: Marketlər daha çox çörək və araq satır - REPORTAJ

MUMtv.az: - Son zamanlar bir çox ərzaq məhsullarının qiymətində artım müşahidə olunur.

Bu qiymət artımlarına görə insanlar artıq bəzi məhsulları menyudan çıxartmalı olur, ancaq gündəlik tələbat mallarına üstünlük verirlər. Çünki ərzaq məhsullarının böyük əksəriyəti bir neçə dəfə bahalaşıb. Bu isə təbii ki, əhalinin alıcılıq qabiliyyətinə olduqca mənfi təsir göstərir.

Maraqlıdır, bahalaşmadan sonra insanlar hansı ərzaqlardan imtina ediblər? Əvvəlkinə nisbətən indi daha az satılan məhsullar hansılardır?
Cebhe.info-nun əməkdaşı bu suallara cavab tapmaq və son vəziyyəti öyrənmək üçün paytaxtdakı bir neçə marketdə olub.

Endirim var, endirim...

Yasamal rayonunda, Balababa Məcidov küçəsində yerləşən “Al Market”də administrator bildirdi ki, indi daha çox endirimdə olan məhsullar satılır:

“Qiymət artımı müəyyən dərəcədə alış-verişə təsir etsə də, satışlarımız davam edir. Çünki bizdə çox vaxt kampaniyalar olur və bir çox məhsullar endirimlə satılır. İnsanlar isə məhz həmin endirimdə olan məhsulları almağa üstünlük verirlər. Bununla yanaşı, alıcılarımız arasında tələbələr də çoxluq təşkil edir. Onlar da daha çox ucuz məhsullar alırlar”.

Qiymət artdıqca keyfiyyətsiz malların satışı da artır

O deyib ki, insanlar bahalaşma olduqca nisbətən ucuz məhsullara yönəlirlər:

“Yəni əvvəl aldıqları gündəlik ərzaq məhsullarının daha ucuzunu almağa üstünlük verirlər. Əslində, alıcılar qiymətlər artdıqca keyfiyyəti daha aşağı olan ucuz məhsulları almağa başlayırlar. Ümumi olaraq isə insanlar ən çox gündəlik yemək təlabatını qarşılayacağı məhsulları bahalaşmaya rəğmən məcburiyyətdən alırlar”.

Çörək və araq daha çox satılır

Həmin küçədə yerləşən “Ti NM Market”də öyrəndik ki, bir çox məhsulların satışında xeyli azalma var:

“Bahalaşmaların ardından satışlar azalmağa başlayıb. İndi ən çox çörək satırıq. Ümumiyyətlə, əsas gündəlik ərzaq məhsulları satılır. Hazırda düyü, şirniyyat məhsulları və makaronun satışı olduqca aşağı düşüb. Əvvəl 15 lavaş alan insanlar indi 3 lavaş alırlar. Gündəlik alınan məhsullar arasında çörəkdən başqa ketçup, mayonez, araq, cipsi satılır. Əvvəlkinə nisbətən az olsa da, sosiska və kolbasa satışları olur. Əsasən qiyməti ucuz olan məhsullar insanların diqqətini çəkir. Məsələn, 1 manat 50 qəpiyə olan turşuları alırlar, amma bahalı məhsulları almaqdan imtina edirlər”.

“Alış-verişə pul qalmır”

Marketlərə gələn bir neçə alıcı ilə də söhbətləşdik. Vüqar adlı 30 yaşlı həmsöhbətimiz dedi ki, qiymətlər olduqca yüksəkdir:

“Özüm 350 manat maaş alıram və 200 manat kirayə verirəm. Qaz, su, işıq çox bahadır. Hər gün yola gedən pulu da çıxdıqda alış-verişə pul qalmır”.

Səkinə adlı alıcı isə bildirdi ki, bahalaşma insanları çətin vəziyyətdə qoyub:

“Əlbəttə ki, bahalaşma hər bir ailəyə çox pis təsir göstərir. Hazırda ancaq gündəlik yemək bişirmək üçün lazım olan ərzaqları ala bilirik. Marketlərdə qiymətlər həddindən artıq yüksəkdir. Amma uşaqlara baxmalıyıq. Uşaqlarımız üçün alış-veriş edirik”.

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər