Gündəm

Aydın Talıbovla bağlı araşdırma başladılsa... - İLGİNC İDDİALAR...

Bir müddət öncə, yayılan rəsmi məlumatlardan bəlli oldu ki, Aydın Talıbovla onun biznes şəriki, Naxçıvanın keçmiş başçısı Vasif Talıbova məxsus “Araz” marketlər şəbəkəsində qanunsuzluq aşkarlanıb. Və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən “Araz” marketi 5 min manat cərimələnib. Xəbərdən bəlli olur ki, marketin cərimələnməsinə səbəb Xonça xaçapurinin qiyməti 0.99 AZN olduğu halda, müştəriyə 1.30 qəpiyə satılması olub.
Belə ki, marketin müştərisi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məsələ ilə bağlı şikayət edib. Müştərinin dövlət qurumuna təqdim etdiyi fotolardan da görünüb ki, marketdə məhsulun qiyməti 0.99 AZN kimi qeyd edilib, amma ödəniş qəbzində 1.30 AZN göstərilib. Dövlət Xidməti qanunun tələblərini pozduğuna görə “Araz” market barəsində protokol tərtib edib və işə məhkəmədə baxılıb. Məhkəmənin qərarı ilə market İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 min manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Birincisi, belə bir müştəriyə sözün həqiqi mənasında çoxlu SAĞ OL düşür. Çünki vətəndaşlar aktiv olub öz hüquqlarını axıradək tələb etməsələr, Aydın Talıbov kimiləri bu millətin axırına çıxacaq. Yəqin söhbətin “Veysəloğlu” şirkətlər qrupuna məxsus “Araz” marketlər şəbəkəsinin sahibi Aydın Talıbovdan getdiyi məlum oldu. Aydın Talıbov, biz sənin barəndə yazanda ora-bura baş vurursan, bizi qərəzli, qeyri-obyektiv yazmaqda ittiham edirsən... ( axı biz həmişə deyirdik ki, yalançının...) bəs buna sözün nədir..?
Adi bir müştəri ağıllı və fərasətli tərpənərək səni Müqəddəs Ramazan ayında kasıb təbəqənin cibinə girməkdə ittiham edir. Və yaxşı hal odur ki, mühüm dövlət qurumu və məhkəmə müştərini müdafiə edərək, səni cəzalandırıb. Bax, bu bizim ölkəmizdə gözəl bir nümunədir. Kaş belə davam edə.
Bütün bunları qoyaq bir kənara. Aydın Talıbov, biz sənə dəfələrlə demişik ki, səninlə şəxsi müstəvidə heç bir problemimiz yoxdur. Sənə demişik ki, marketlərində satılan kiflənmiş pendiri, yaxud içindən qayka, bolt, mismar, mıx çıxan tumunu, içindən qurd çıxan öz istehsalın olan şokoladlarını, vaxtı keçmiş qida məhsullarını yığışdır. Bu qidalar kasıb, imkansız təbəqəni xəstəliyə düçar edir. Biz yazmışıq, amma sən yenə də öz əməllərini davam etdirirsən. Biz sənə yazmışıq ki, adam oğlu başqalarının yolunu kəsməz. Millətimiz yol kəsənə axırıncı adam kimi baxır. Amma sən bizi eşitməmisən.
Bəli, bir müddət öncə, yəni Ramazan ayında sənin Yasamal rayonu Nazim Hikmət küçəsindəki yolu kəsməyin, “Araz” marketin yolu zəbt etməsi barədə yazdıq və sənə xəbərdalıq elədik ki, barı Müqəddəs ayda vətəndaşların yolunu kəsmə....amma sən kəsdin. Və nəticədə bu ayın nüfuzu, hörməti sənə qənim oldu.
Biz bir daha sənə çatdırırıq ki, Aydın Talıbov, 21 saylı orta məktəbin önündəki yolu kəsmə, belə bir ayda körpə balalara problem yaratma, yollara mıxça çalma. Vallah bir gün özün o mıxçaya keçəcəksən.
Yeri gəlmişkən, bu marketlərin sahibi olan Aydın Talıbov və onun şəriki Vasif Talıbov da deyirlər namaz əhlidir, oruc tuturlar. Vallah millətin cibinə girənin orucunu anlamaq olmur. Bir də məşhur bir türk müdriki sənin kimilər barəsində deyir ki, sən qıldığın namaz deyil...
P.S. Azərbaycan adlı məmləkətdə yaşayaraq, Azərbaycan xalqının istifadə etdiyi ərzaq məhsullarına kəm baxan hər bir kəs ailəsinə, uşağına kəm baxır. //gundelik-baku.com//

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər