Cəmiyyət


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Lent.az -a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən 26 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 61 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 232 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə Kərimov Elməddin Hüseynağa oğluna, Əmirov Elçin Əsəd oğluna, Babayev İlham Hüseyn oğluna məxsus ərzaq mağazaları, "Ruzi” market, Qasımov Dilqəm Əli oğluna, Məmmədov Vüqar Cahangir oğluna məxsus ərzaq mağazaları, "Bizim”, "Fidan”, "Super” və "Bizim ailə” marketlər, Həsənov Tofiq Cümşüd oğluna məxsus market, Əlləzov Vilayət Abbasəli oğluna məxsus ərzaq mağazası, Əsgərov Faiq Allahverdi oğluna, İsmayılov İlqar Ələmdar oğluna məxsus ərzaq mağazaları, "Eston” market, Əliyeva Gülnarə Polad qızına məxsus ərzaq mağazası

Bərdə rayonunda Zeynalov Rafiq Yaqub oğluna məxsus kafe və Həsənov Rizvan Əsgər oğluna məxsus ərzaq mağazası

Göygöl rayonu, Aşıqlı kəndində Mustafayev Anar Xəqani oğluna məxsus "Anar”, Toğanalı kəndində Quliyev Vüsal Mətləb oğluna məxsus "Gözəl Məkan” kafeləri, Aslanov Rafiq Qədir oğluna məxsus "Əkizlər” market

Şabran rayonunda Gülməmmədov Samit Vahid oğluna, Hətəmov Eldar Gülbala oğluna, Mirzəyev Şıxbala Əşrəf oğluna məxsus kafelər, Cavadov Ramiz Abbasxan oğluna məxsus "Buta” kafesi, Mirzəyev Təbriz Xanlar oğluna məxsus ərzaq mağazası, Məmmədov Mənsur Sabir oğluna, Qəniyev Məhəmməd Ekram oğluna, Cəfərov Yusif Yunus oğluna, Bağırov Taleh Arif oğluna, Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları

Sabirabad rayonunda Bağırov Rafiq Asif oğluna məxsus "Çıraq” market, Mənsimov Məmməd Adil oğluna məxsus "Əmin” market və Bağırov Məmmədbağır Rafiq oğluna məxsus ərzaq mağazası

İsmayıllı rayonunda Adıgözəlov Azad Ramazan oğluna məxsus "Final” market, İsmayılov Vüsal Nüsrət oğluna məxsus "Bərəkət” market

Göyçay rayonunda Dəmirov Qılman Hacı oğluna məxsus "Ekonom” market, Bəşirov Aydın Abdulla oğluna məxsus "Bolluq” market və Dəmirov Ramin Hacıbaba oğluna məxsus "Mırtı” market

Qazax rayonunda "Emil”, "Görüş”, "Elpər”, "Aysel”, "Real”, "Laquna” və "Qərb qapısı” kafeləri, "Buta” və "Elpər”, "Göyçə” ərzaq mağazaları

Gədəbəy rayonunda "Səma” və "Super” ərzaq mağazaları

Ağstafa rayonunda "Ağstafa” ərzaq mağazası və "Qəlyanaltı” restoranı

Şəmkir rayonunda "İsə” ərzaq mağazası, "Sirac” dönərxana

Tovuz rayonunda "Sərin” kafesi, "Sizin” ərzaq mağazası

İmişli rayonunda "Bazarstore”, "Razi”, "Məhəmməd”, "Ekonom”, "Araz supermarket” ərzaq mağazaları, "İldırım”, "Yeni evlənənlər”, "Komfort”, "Park”, "Meh” kafeləri

Beyləqan rayonunda "Samuray”, "Oba”, "Mandalin”, "Davud” və "Hüseyn” ərzaq mağazaları, "Çənlibel”, "Xanbağı”, "Göbələk” və "Fermer” kafeləri

Masallı rayonunda İsayeva Umi Allahverdi qızına, Pirizadə Əflatun Piri oğluna, Məcidova Şəlalə Həsənbala qızına, İbadov Zabil Arif oğluna, Nəzərov Xaliq Cəlil oğluna, Məmmədova Balacaxanım Söhbət qızına, Abdinov Eyvaz Adil oğluna, Nəsirov Ceyhun Şakir oğluna, Abdullayev Emil Elman oğluna, Sadıqov Rza Cəbrayıl oğluna məxsus ərzaq mağazaları və "Oba” market.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bütün xəbərlər