Gündəm


Metroda foto-video çəkmək niyə qadağandır? - RƏSMİ

"Metropolitendən istifadə qaydalarında video-foto çəkmək qadağası rəsmən qoyulub və səbəblər çoxdur".

"MUMtv.az" xəbər verir ki, “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qadağanın səbəblərini açıqlayıb.
Bildirib ki, əsas nəqliyyat vasitəsidir ki, bu da sərnişini mənzil başına zamanında çatdırmaqdan ibarətdir:

"Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir. İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alacaq, şəkil çəkəcək - eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, nə bilim filankəsin ad günü foto-videosessiyalarını demirəm. Bunlar məsələnin hələ cüzi, məhz cüzi bir qismidir.
İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, ya polis "burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz" deyəndə, nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz. Yaxud da başqa bir sərnişin "burada şəkil çəkmə, mənə mane olursan" desə və "əcəb edirəm" cavabını alıb mübahisə yaransa, nə baş verəcək.
İndi deyin, bu olmayacaq yəni? İnsanyönümlü şəhər hər şeyin hər-kəsin istədiyi kimi olması, yaxud demokratiya "ürəyim istəyir, edirəm" prinsipi ilə olmamalıdır. Bu saat bir-iki misal çəksəm, əməlli mübahisələr qızşacaq. Bir anlıq düşünək, bu foto-video qadağası götürülsə və metro işçisi kimdənsə, sərnişin təhlükəsizliyinə mane olmamağı tələb etsə, nə baş verəcək?! Metro işçisinin vəzifəsi sərnişin təhlükəsizliyini maksimum təmin etməkdir. Buna görə işçilərin nə qədər əzab-əziyyətlə qarşılaşdığını da düşünək.  Hələlik qadağa qüvvədə qalsa, yaxşıdır"

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər