Gündəm

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO
MUMtv.az: - Bir neçə gün əvvəl Astara rayon Marzəsəy kənd sakini Yusif Babazadə "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, canlı efirdə üzləşdiyi sosial problemlərdən - daha dolğun desək, bildirir ki, hərbi xidmət zamanı, ayağına kiçik ölçülü ayaqqabı geyindiyi üçün, ayaq barmaqları qanqrena olub və barmaqları amputasiya olunub. Bu səbəbdən hərbi xidmətə yararsız olduğu üçün təxris olunub. İndi isə lilliyə görə aldığı müavinət bir neçə müddətdir dayandırılıb. Bərpası üçün hər dəfə müxtəlif bəhanələrlə uzadıldığından gileylənirdi.



Qeyd edək ki, artıq Yusif Babazadənin problemi aidiyyatı qurum tərəfindən diqqətə götürülüb həlli istiqamətində proseslər davam etdirilir. Ümid edirik, tezliklə müsbət nəticəsi olacaqdır.

Bu dəfə isə elə həmin - Astara rayon Marzəsəy kəndinin digər sakini Babayev Aslan Mütəllim oğludur.

Aslan birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. Bildirir ki, "Doğrudur, müharibə veteranı kimi 80 manat müavinət alıram. Eyni zamanda işləyirəm. O qədər çox ehtiyaclarım var ki, aldığım məvacib "fil yanında qarışqa" kimi görünür.

Bir müddət əvvəl evdə ailədaxili çox ciddi problemlərim və maddi ehtiyaclarım yarandı. Buna görə də məcburiyyət qarşısında qalaraq, təcili kredit götürməli oldum. 7 müxtəlif yerlərdən kredit götürmüşdüm, indi çatdırıb ödənişləri vaxtında ödəyə bilmirəm.

Həm ailəmi dolandırmaq, həm də 7 yerə kredit ödəmək mənim üçün olduqca çətindir. Nə edəcəyimi bilmirəm.
Əl açıb, kimlərdənsə istəməyə də üzüm gəlmir. O boyda müharibə yolu - Kişilik məktəbi keçmişəm, mən. İndi hansı üzlə xalqa üz tutub, kömək istəyim. Göz görə-görə düşmən qarşısında məğrur dayanan qürurumuzu ehtiyac səbəbilə öz əlimizlə qırmağa məruz qalırıq. Bir mən yox. Ümumilikdə, çox Qarabağ qazilərinin, veteranlarının vəziyyəti belədir ".

Bəli, çox təəssüflər olsun ki, Aslan Babayev haqlıdır və buna görə də düşünürük bu cür şəxslər rayon rəhbərliyinin, ümumiyyətlə yerli icraedici orqanların diqqətində olmalı, problemləri ilə maraqlanmalı, lazımi köməkliklər göstərilməlidir.

Güman edirik, Astara rayon İcra Hakimiyyəti də Aslan Babayevin probleminə həssas yanaşacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər