Gündəm

Zəngəzur MÜHARİBƏSİ başlayır? - Sərhəddə təxribat və "Azərbaycan hücum edir" ssenarisi var...

MUMtv.az: - Zəngəzur müharibəsi...İndi çoxu bu haqda mülahizələr irəli sürür. Ötən həftə sonu isə ABŞ xarici işlər naziri Entoni Blinken adından "Politico" nəşri elə bir iddia yaydı ki, sonra Dövlət Departamentinin buna reaksiyasından baş çıxarmaq olmadı ki, təsdiqidir, ya təkzib. Hər halda rəsmi Vaşinqtonda ehtimal edilən bir narahatlıq hökm sürür. Birdən Azərbaycan Qərbi Zəngəzur ərazilərini hərbi eskalasiya yolu ilə nəzarətə götürər. Hardan qaynaqlanır bu proqnozlar ? Axı Bakı Qarabağdan kənarda heç bir hərbi əməliyyat aparmaq iddiasında olmayıb. Ola bilsin ki, ABŞ Ermənistanı Rusiyanın qorumadığı (rus hərbçilər sərhədləri mühafizə edir) təəssüratını beynəlxalq ictimai rəydə yaratmaq həvəsinə düşüb. Erməni cəmiyyəti də bundan duyuq düşsün ki, Qərbi Zəngəzur da əldən gedir, nə KTMT, nə Rusiya bizi müdafiə edir. Şübhəsiz ki, Paşinyan administrasiyası da ictimai rəydə bu təbliğatı gücləndirməklə xalqı KTMT-dən çıxmağa hazırlayır. Lakin Bişkekdə Kreml başçısı dedi ki, Ermənistan MDB üzvlüyündən çıxmır. Bu fikri həm də kollektiv müdafiə blokuna da şamil etmək olar. Yəni İrəvan bizdən kənarlaşa bilməz. Bununla belə, Blinken adından yayılan məlumata DD tam aydın olmayan cavab yaydı. Sitat: "Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Bu məqalədəki məlumat qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.
Lakin açıqlamanın əvvəlində Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsini heç bir əşhədü ehtiyac olmadığı halda xatırladaraq, sonda Blinkenin konqresmenlərlə belə bir dialoqunun da olmadığını vurğulamaq ikibaşlı reaksiya kimi qiymətləndirilməlidir. Hiss olunur ki, ABŞ Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın Ermənistan ərazilərinə eskalasiya kimi qələmə verə bilər. Bu, bizə lazım deyil. Sadəcə, Prezident Əliyev xeyli əvvəl bildirib ki, dəhliz İrəvan istəməsə də açılacaq və buna məcbur edəcəyik. İndi həmin bəyanatı tirajlayıb beynəlxalq ictimaiyyətə bunu məcburetmə əməliyyatı, güc və eskalasiya yolu ilə açdırma şəklində qara piar etmək müşahidə olunmaqdadır. Anaxeber.info-nun təhlil qrupu Blinken adından yayılan və yarıtəkzib, yarıtəsdiq təsəvvürü yaradan bu məlumatı hələlik belə analiz edir.
Onsuz da Qərb Ermənistanı açıq surətdə müdafiə edir. Bu, Rusiyaya qarşı olan strateji addımlardır. Paşinyan da rus masasından qaçır, harada Putin varsa, orada iştirak etmir. Hərçənd Rusiya liderinin İrəvana dəvət olunduğu özü tərəfindən açıqlandı və Ermənistana gedəcəyi tarixi dəqiqləşdirəcəklər. Bu da Moskva-İrəvan xəttində bir medalın iki üzü olduğunu göstərir. Deməli, Paşinyanın vintini hara qədər sıxmaq lazım gəldiyini Rusiya gözəl bilir. İndi növbə Zəngəzur koridorunun açılmasıdır. Bunu hamı istəyir - Türkiyə, Rusiya, Azərbaycan, İran da razı salınmış kimidir, Zəngilandan o taya keçib Naxçıvana getmək mümkün olacaq, 3+3 formatı da aktualdır, Paşinyan dildə buna etiraz etməyib. Lakin dəhliz statusu birmənalı rədd edilir. Paşinyan eksterritorial ərazi olmayacağını bəyan edir. Hətta təhrif edir ki, yola nəzarət Rusiya FTX-da olmayacaq, erməni gömrüyü və sərhədi xidmət edəcək. Yalandır. Üçtərəfli sənədin 9-cu bəndinə əsasən maneəsiz keçid razılaşdırılıb və təhlükəsizliyə təminata Rusiya FTX hərbçiləri cavabdehdir. Üstəlik, hansısa dövlətin ərazisindən daşımalar varsa, dəhliz açılıbsa, onun ərazi bütövlüyünə təhdid saymaq absurd yanaşmadır. Onda İranın da, başqa dövlətlərin də ərazisinə iddia irəli sürülmüş olub. Odur ki, ABŞ və Fransa Paşinyanı fikrindən dönməməyə çağırır. Qərb onu arxayın edib ki, dəhlizi açmamaq üçün sona qədər yanındayıq. Məqsəd odur ki, yola kontrol rusda olmasın, həm də sanksiya altında olan Rusiyaya alternativ nəfəslik açılmasın. Zəngəzur dəhlizi isə Rusiya üçün oksigendir.
Amma Paşinyan haça-paça vəziyyətində qalıb: blokadadan ölkəsini çıxarıb Türkiyə və Azərbaycanla əməkdaşlıq, yoxsa Qərbin sözünü eşidib Avropa Birliyinin əlinə baxıb dotasiya ilə yaşamaq...
Ümumiyyətlə, “Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək” açıqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb. Elə buna görə İran, Rusiya, Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər. Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ var. Bundan başqa, Zəngəzur dəhlizi mövzusu gündəmdə ağırlığını qoruyur. Qərbdə bundan çıxış edərək Qərbi Zəngəzurun Azərbaycanın hədəfində olduğunu yazırlar. Halbuki, başda prezidenti İlham Əliyev olmaqla Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Yəni ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir.
Digər versiya -
Blinkenin dilindən ortaya atılan “Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirmək planı” haqda iddia Zəngəzur dəhlizi və sülh danışıqları ətrafında kəskinləşən geosiyasi intriqanın tərkib hissəsidir.
Bu iddianın tirajlanmasında Ermənistan və erməni diasporu/lobbisinin Bakıya qarşı beynəlxalq cəbhənin qurulmasına nail olmaq marağı var, hərçənd, əsas diqqətçəkən məqamlardan biri rəsmi Vaşinqtonun sərgilədiyi mövqe oldu: Dövlət Departamenti iddianı şərh edərkən, “davamlı sülhə çalışdıqlarını” və “gücdən istifadənin qəbuledilməzliyi”ndən bəhs etdi, hərçənd, iddia Blinkenin adından başqa bir ölkəni “işğalçılıqda” ittiham etməkdən ibarətdir və rəsmi təkzib ən azı daha konkret olmalı idi.
Departamentin açıqlaması ikibaşlıdır və bu, belə iddianın tirajlanmasında ABŞ-ın da maraqlı olduğu, Bakıya mesajın verildiyi şübhəsini ön plana çıxarır. Və Vaşinqtonun hədəfinin danışıqlar prosesində Qərb platformasını yenidən aktuallaşdırmaq olduğu görünür.
Vasitəçilik üzərindən geosiyasi intirqanın kəskinləşdiyi bir vaxtda Blinkenin adından Azərbaycanın “müdaxiləyə hazırlaşması” iddiasının ortaya atılması da məhz Bakıya “işğal ittihamı”nın irəli sürülə biləcəyi mesajının verilməsi, bununla kommunikasiya və sərhəd məsələsində İrəvanın proqramının qoyulduğu Qərb masasında danışıqlara vadar etmək məqsədi kimi görünür. Və baş verənlər Cənubi Qafqaza təhlükəli perspektiv vəd edir: sərhəddə təxribatlar törədə və “Azərbaycan hücuma edir” kampaniyasını genişləndirə bilərlər.
Azər Talıbov
Anaxeber.info


Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər