Gündəm
Gündəm / Cəmiyyət
Paşinyan KTMT-ni tənqid etdi
MUMtv.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Paşinyan təşkilatı ötən ilin mayında Azərbaycan hərbçilərinin Zəngəzur ərazisinin bir hissəsini nəzarətə götürməsindən sonra yaranmış Sotk-Xoznavar bölgəsində iki ölkənin sərhədindəki vəziyyətlə bağlı mövqeyinə görə tənqid edib. Onun fikrincə, baş verənlər təkcə Ermənistan Silahlı Qüvvələrinin (SQ) və hökumətin deyil, həm də KTMT-nin uğursuzluğudur: "Mövcud prosedurların əksinə olaraq, KTMT Ermənistan cəmiyyətində uzun illərdir ki, Ermənistanın təhlükəsizliyi üçün ən mühüm təşkilatın lazımi vaxtda heç nə etməyəcəyi ilə bağlı mövcud narahatlığı əsaslandıraraq problemli ərazidə monitorinqin keçirilməsi barədə hələ də qərar qəbul etməyib. O, sadəcə müşahidəçi rolunda qalır, - Paşinyan bildirib.