Gündəm


Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, ötən günlərdə Qarabağa gizlin yollarla mülki geyimdə, mülki maşınlarda erməni əsgərlərinin göndərilməsi ilə bağlı faktlar ortaya çıxdı. Bu addımların 10 noyabr razılaşmasına təsirini ümumi necə şərh etmək olar?

- Bu məsələlər hər kəs üçün açıqdır. O ərazilərə qanunsuz olaraq gələn hər bir şəxs Azərbaycan üçün terrorçu statusundadır. Bu cür terrorçuların da zərərsizləşdirilməsi üçün hər an antiterror əməliyyatları keçirilə bilər. Həmin ərazilərə Azərbaycanın iradəsindən kənar, hətta sülhməramlıların vasitəsi ilə gələnlər belə terrorçu kimi tanınır. Ona görə də bu ərazilərə gələnlər onlara qarşı antiterror əməliyyatlarının olacağını da bilməlidirlər. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Buna başqa cür də bir ad vermək olmaz. Başqa formada bu cür hallara göz yumulması mümkün deyil.

- Məğlub ölkə olan Ermənistanda siyasi gərginlik hökm sürür. Sizcə, proseslər necə nəticələnək?

- Ermənistanda yeni bir dalğa - müharibə dalğasıdır. Müharibə dalğasının da davam etməsi Ermənistan cəmiyyəti üçün arzuolunan deyil. Çünki birmənalı olaraq məğlubiyyətdən sonra ikinci - daha bir ağır məğlubiyyəti yaşamaq riskləri olduqca böyükdür. Bunu Ermənistanda anlayırlar. Ona görə də buna münasibət bir az fərqlidir. Amma nə olmasından asılı olmayaraq, biz öz işimizi görməliyik. Qarabağın hər hansı bir şəkildə Ermənistanla əlaqəsinin yaranmasına imkan tanınmamalıdır. Bunun üçün də sərt tədbirlər görülməlidir.

- Cənab Prezident Zəngəzur dəhlizi ilə bağlı xüsusi bir mesaj verdi. Bu layihənin hədəflərini necə qiymətləndirirsiniz?

- Bundan sonra hədəflər odur ki, bəyanatda nəzərdə tutulan müqavilə şərtlərində yer alan məsələlər burada öz təsbitini tapsın. Ermənistan bu sənədə imza atıb. İmza atıbsa da, əməl etməlidir. Əgər bundan imtina olarsa, bütün razılaşmanın pozulması anlamı gündəmə gəlir. Bunun qarşısında kimsə dura bilməz. Ona görə də Azərbaycan artıq addım-addım öz iradəsini həyata keçirir. Zəngəzurla bağlı da koridor açılmalıdır. Buna da Rusiya tərəfi təminat verir.

- Ermənistanın sabiq prezidentləri Moskvadan dəstək ala bilmədi. Əksinə Paşinyan isə son zamanlar Rusiya ilə bağlı fikirlərində ciddi dəyişikliklər edir. Proseslərin gedişində daha hansı reallıqlar ortaya çıxara bilər?

- Paşinyanın burada hər hansı bir yolu izləməsi onun məcburiyyətindən qaynaqlanır. Çünki onun indiki reallığı dəyişmək imkanı yoxdur. O artıq Rusiyayönümlü bir referans götürmək məcburiyyətindədir. İmzalanan müqavilənin davam etdirən, onun şərtlərinə əməl edən iqtidar lazımdır. Bu olmasa problemlər daha çox böyüyə bilər. Bu baxımdan Paşinyanın üstünlüyü həm də Rusiyanın dəstəyi ilə bağlıdır. Çünki Rusiya Paşinyanın getməyini istəsə, tamam fərqli trayektoriya cızardı.

- Moskvada ötən günlərdə baş nazirlərin müavinləri səviyyəsində növbəti görüş oldu. Yeni əməkdaşlıq üçün bu görüşlərin əhəmiyyəni necə dəyərləndirmək olar?

- Müqavilənin şərtlərinə əsasən bu görüşlər davam edir. Azərbaycanın əməkdaşlıqla bağlı fəaliyyəti imzaladığı bəyanata əsaslanır. Bəyanatda nəzərdə tutulan bütün müddəalar icra olunmalıdır. Bunun davamında Zəngəzur yolu açılmalıdır. Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki, Laçın dəhlizi bağlanacaq. Bununla da rus sülhməramlılarına da xəbərdarlıq olunacaq ki, bəyantın bir bəndi icra olunur. Digər bəndi isə icra olunmur. Ona görə də bu məsələdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoymalıdır.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər