Gündəm

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

"Kimdən kimə şikayət edək?", "ölkədə qanun var deyəndə adamı gülmək tutur", "qanunlar pul ilə işləyir" və sair kimi narazılıq ifadə edən cümlələr artıq, xalqın böyük əksəriyyətinin dilinin əzbəri olub.

MUMtv.az: - Xatırlayırsınızsa, biz bir neçə gün əvvəl də Bakı İnzibati-iqtisadi Məhkəməsinin hakimi kürsüsündə əyləşən Orxan Həsənov barəsindəki məlumatlarımıza da girişi narazı xalqın məhz bu cümlələri ilə vermişdik. Amma, söhbət hüquqdan, qanundan getdiyi üçün təkrar xalqın sözlərinə müraciət etmək lazım gəldi. Barəsində bəhs edəcəyimiz qurumlar fərqli olsa da onların vəzifələri biri-birilə bağlıdır.

Dövlətin əsası ədalətdir - Bəs dövlətin hakimi ədalətsizdirsə ???

Bəli, bu dəfə biz prokurorluq orqanları barəsində danışacağıq. Biri araşdırıcı istintaq orqanı, digəri cinayəti sübuta yetirilmiş cinayətkar barəsində cəza hökmü çıxaran qurum. Hər ikisi vətəndaşların pozulmuş hüquqlarının bərpası və ədalətin bərqərar olması, baş verən hadisələrin qanunla həll etməli olan məsul qurum.

Məhkəmə ədalətsizliyi barəsində "DogruXeber.az" olaraq biz özümüz də, digər informasiya portalları da dəfələrlə bəhs etmişik. Və nə qədər ki, Orxan Həsənov kimi təcrübəsiz, təhsili və hərbi xidmətdə olub-olmadığı məlum olmayan, kimlərinsə "sehirli çubuğu" ilə vəzifəyə gələn, tapşırıqla qərar verən ədalətsiz hakimlər var olacaq, qələmimiz bu mövzuya hələ çox qayıdacaq.

Bu gün isə bizi mövzuya təkrar qaytaran səbəb Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən redaksiyamızın onlara ünvanladığı rəsmi sorğuya cavab olaraq göndərdiyi qeyri-adi məktubudur.

Aşağıda təqdim etdiyimiz fotoya diqqət edin!

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO


Əvvəla gördüyünüz kimi nə bir blank, nə bir möhür, nə də bir imza yoxdur. İkincisi də biz bugünə qədər Baş Prokurorluğa çox qanun pozuntusu barəsində sorğu və müraciətlər göndərmişik, lakin onların böyük əksəriyyəti cavabsız qalıb. Yönləndirilib yerli prokurorluqlara, orda da cinayətkarla öz aralarında məsələni "həll ediblər", söhbət bağlanıb. Buna misal olaraq, Qobustan rayon Prokurorluğu, Cəlilabad rayon Prokurorluğu, Zərdab rayon Prokurorluğu, Səbail rayon Prokurorluğu, Qazax rayon prokurorluğu, İmişli rayon Prokurorluğu və sair bu siyahını böyütməklə adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, Baş Prokurorluğun uzun müddətdən sonra verdiyi bu "məzəli cavab" hansı məsələ ilə bağlı göndərdiyimiz sorğunun "cavab"ıdır hələ də anlamış deyilik.

Amma, nəzərinizə çatdırırıq ki, İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun özünün etirafına görə İcra başçısı Elçin Rzayevin tapşırığı ilə icra etdiyi korrupsiya əməli - Əsmər Əkbərovanı yalnız sənəd üzərində işə götürüb, onun adına ayrılmış əmək haqqını mənimsəməsi, xanım bir ay adına ayrılmış maaşı ona vermədiyi üçün maddə ilə işdən çıxarması barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığımız sorğunun da hələ ki, görünən bir nəticəsi yoxdur. Mehman İsmayılovun əməkdaşımıza dediyinə görə, biz bu mövzunu yayımlandıqdan və aidiyyatı qurumlara bildirdikdən sonra "1400 (min dörd yüz) + 700 (yeddi yüz) manat xərci çıxıb". Maraqlıdır, sorğu göndərdiyimiz heç bir qurumdan ona cərimə cəzası verildiyi ilə bağlı hər hansı bir cavab verilməyib. O, zaman sual yaranır, bələdiyyə sədri bu məbləği kimə, nə üçün verib?

Məsələ qanuni həllini tapana qədər mövzuya təkrar qayıdacağıq.

Qeyd edək ki, İmişli rayon mədəniyyət evində cərəyan edən yeyinti və digər hallar barəsində də qarşıdakı günlərdə ətraflı məlumatlarımız olacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər