Gündəm
Gündəm / Dünya
Daha bir potensial təhlükəli asteroid Yerə yaxınlaşır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 620082 (2014 QL433) asteroidinin avqustun 4-də Yer yaxınlığından keçəcəyini bildirib.
"MUMtv.az" xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) məlumat yayıb.
NASA-nın məlumatına görə, göy cismin uzunluğu təqribən 366 m-dir. Ondan Yerə olan məsafə 5,35 milyon kilometr olacaq. Asteroidin sürəti 74,232 km/saatdır.