Gündəm

NASA azərbaycanlı şagirdi mükafatlandırıb - FOTO

ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

"MUMtv.az"  “Report”a istinadən xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.

NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.

S.Məmmədovanın atası Emil Məmmədov müsahibəsində qızının böyük uğurundan danışıb:

“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində “Doris” fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.

NASA azərbaycanlı şagirdi mükafatlandırıb - FOTONASA azərbaycanlı şagirdi mükafatlandırıb - FOTO

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər