Gündəm

ABŞ ilk dəfə 50 il əvvəl Aya kosmonavt göndərib. Bu missiya həm ABŞ, həm də dünya tarixi üçün bir dönüş nöqtəsi idi. Əslində, nələr olmuşdu?

İnsanın Aya qədəm basmasının 50-ci ilində bununla bağlı maraqlı faktları təqdim edirik:

Soyuq Müharibə dövründə ABŞ-la SSRİ arasında başlayan mübarizə 1957-ci ildə Sovet İttifaqının "Sputnik” peykini kosmosa göndərməsi ilə başqa mərhələyə qədəm qoydu. 1961-ci ildə Con Kennedi ABŞ prezidenti seçildi və bir çox amerikalı "kosmik yarış”da SSRİ-yə məğlub olduqlarını, rus texnologiyasının daha üstün olduğunu düşünürdü. 1961-ci ildə SSRİ kosmosa insan da göndərdi. Yuri Qaqarin kosmik aparatla Dünya ətrafında dövrə vurdu.

ABŞ bu rəqabətdə Aya ilk insan göndərən dövlət olmaq üçün hərəkətə keçdi. 1962-ci ildə Kennedi "Biz Aya getməyi üstün tuturuq” dedi. Kosmik yarış davam edirdi və 1965-ci ildə SSRİ Aya ilk kosmik aparatını göndərdi.

ABŞ milyardlarla dolları "Apollo” proqramına xərcləyirdi. NASA 25 milyard dollar xərcələyərək, 400 min işçi ilə 17 "Apollo” üzərində işləyirdi. "Apollo 11” üçün üç nəfər: Bazz Aldrin, Nil Armstronq və Maykl Kollins seçildi.

"Saturn 5” raketi "Apollo”nu və Ay kapsulunu kosmosa apardı. Plana əsasən, dünyanın orbitindən istifadə edərək Ayın orbitinə çatmalı və Armstronqla Aldrin ay kapsuluna keçməli idilər. Kollins isə "Apollo”da qalmalı, digər iki kosmonavt Aya enməli idi.

1967-ci ildə "Apollo 1” artıq hazır idi. Amma uçuşdan əvvəl yoxlamalar zamanı yanğın baş verdi və üç kosmonavt öldü. Plan bir neçə ay təxirə salındı.

"Apollo 11”də Yerdəki mərkəzlə aparat arasında əlaqə proqramında problem yarandı. Hətta kompüterlərdən kosmonavtların əvvəlcə eşitmədikləri bir siqnal səsi gəldi. Ay kapsulu isə əvvəlcədən təyin edilən hədəfdən çox uzaq bir nöqtəyə endi. Bunlara rəğmən, 20 iyul günü Dünyadan ayrıldıqdan 110 saat sonra Nil Armstronq Aya ayaq basan ilk insan oldu. 20 dəqiqə sonra Bazz Aldrin də  Aya ayaq basdı.

Armstronq televiziyada "Bu bir adam üçün kiçik, bəşəriyyət üçün isə çox böyük addımdır” dedi.

İki kosmonavt Ayda iki saat vaxt keçiriblər. Onlar müxtəlif nümunələr toplayıblar, foto çəkiblər və müəyyən sınaqlar həyata keçiriblər. Kəşf başa çatdıqdan sonra hər iki kosmonavt "Apollo 11”ə qayıdaraq dünyaya geri dönüblər. 24 iyulda komanda Sakit Okeana enib.

Aya ilk ayaq basan insanları ümumi olaraq dünya üzrə 650 milyon izləyib. Beləcə, ABŞ SSRİ-yə qarşı yarışda yenidən lider mövqeyinə keçir.

Əslində, nə olmuşdu?

1972-ci illərin sonunda ABŞ Aya altı dəfə insan göndərmişdi. Bunların saxta olduğu ilə bağlı hələ də iddialar səsləndirilir. NASA 2009-cu ildən indiyədək Ayın orbitində kəşfiyyat təyyarəsi uçurur. Bu təyyarədən göndərilən fotolarda Aydakı ayaq izləri, təkər izləri də görünür. Aydan gətirilən daşlar da bunu sübut edir. (oxu.az)

Son xəbərlər

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bütün xəbərlər