Gündəm
Gündəm / Hadisə / Dünya
Kamikadze zondun yerə yaxınlaşan asteroidə çırpılma anı — FOTO/VİDEO
ABŞ-ın DART kamikadze zondu Dimorf (Dimorphos) asteroidi ilə toqquşub.
Bu barədə NASA məlumat yayıb.
Toqquşma planlı həyata keçib və Yer kürəsinin potensial təhlükəli kosmik obyektlərdən müdafiəsini sınaqdan keçirmək üçün nəzərdə tutulub.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytı hadisənin görüntülərini canlı paylaşıb.