Gündəm

Azəriqaz rəhbərliyi  ilklərə imza atır

MUMtv.az: - Hər gün vətəndaşlar arasında artan narazılıqlar, müstəqil medialarda artan tənqidi materiallar deyəsən əksər dövlət qurumlarına və dövlət məmurlarına daha da bərbad fəaliyyət göstərmələri üçün ilham verir.

Əvvəllər dövlət qurumunda hər hansı bir vəzifədə çalışan şəxsin barəsində hər hansı bir vətəndaşın narazılığı olardısa, o vəzifəli şəxs həmin vətəndaşın şikayətçi olmaması üçün əlindən gələni edərdi, üstəlik narazılıq yaradan səbəbləri də mükəmməl şəkildə aradan qaldırırdı. Çünki, birinci növbədə vəzifəsini itirmək, ikinci növbədə qanunla cəzasını çəkmək qorxusu var idi ürəyində.

Son zamanlar narazılıqlara rəğmən Sahil Babayev kimi təltif olunmalar, Şamaxı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Emin Hüseyin kimi vəzifədə yüksəlmələr, Ağsu rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov kimi, 211 nömrəli tam orta məktəbin keçmiş direktoru Həcər Mahmudova kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Əlsafa Məmmədov kimi sadəcə yerdəyişmələr, övladının, özünün böyük bizneslərinin, avtomobil kolleksiyalarının siyahıları aşkara çıxarıldığı halda hələ də vəzifə başında rahatca əyləşib, elə həmişəki "prinsipləri" ilə özünəməxsus fəaliyyətinlərini davam etdirən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi - eyni zamanda baş nazirin sabiq müavini Abid Şərifovun kürəkəni Məhəmməd Məmmədov, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov kimi bir çox məmurlar artıq digər vəzifəyə yeni gələn (kiçik-böyük) məmurlar üçün real nümunədir.

Şəkidə Məhəmməd Məmmədovun oğluna məxsus böyük, əsrarəngiz istirahət mərkəzi, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Quliyevin avtomobil kolleksiyaları, həmçinin nəinki Azərbaycanda, hətda Londondakı biznesi, ölkə büdcəsinə vurduğu ziyanlar və sair barəsində sosial medialarda kifayət qədər məlumatlar yer alır. Bütün bunlara rəğmən Rafiq Aslanov öz vəzifəsinin səfasını sürür.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yuxarıda adları çəkilənlər və onlar kimi digər dövlət qurumlarının əksəriyyəti vətəndaşlarla da, mətbuat nümayəndələri ilə də aralarında "tıkanlı sim" çəkiblər ki, bunun bir nümunəsi olaraq, ötən gün "DogruXeber.az" informasiya portalında Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun barəsində məlumat dərc edilmişdir.

Biz elə yazıya başlayandan bəri gileylənirik deyə, bəlkə də oxucularımız düşünə bilər ki, məmurlara qarşı xüsusi qərəzimiz var.

Dəfələrlə vurğulamışıq ki, fəaliyyətimizdə hər zaman ilk növbədə haqqın yanında duraraq, "DogruXeber.az" adının önəmini düşünürük.

Amma, bu bizim günahımız deyil ki, vəzifəyə kimlərinsə sayəsində, nələrsə qarşılığında gələnlərin böyük əksəriyyəti vəzifə səlahiyyətlərini icra etmir, vəzifə səlahiyyətlərindən istifadə edərək yalnız özlərinə sərvət toplamağa köklənirlər.

Söz yox ki, müdriklər demişkən, "haqq var, divan da var". Yeri gələndə o şəxslər də etdikləri qanunsuzluqların cəzasını mütləq çəkirlər. Elə, çox uzağa getmədən bir neçə il əvvəl "hegemonluq" edən İcra başçılarının, "Azərsu" ASC rəhbəri Qorxmaz Hüseynovun, həmçinin Azəriqaz İstehsalat Birliyi sədrləri Əlixan Məlikovun, Əkbər Hacıyevin və sair bu kimi məmurların adını çəkə bilərik ki, onların aqibəti bütün xalqın gözü önündədir. Heç Rövnəq Abdullayevin qohumu olduğu gerçəyi də Əkbər Hacıyevi qoruya bilmədi.

Azəriqaz demişkən, yuxarıda da qeyd etdiyimiz kimi haqqı başımız üzərində görərək, Azəriqaz istehsalat birliyinin hazırkı direktoru Ruslan Əliyevin bütün dövlət məmurlarına nümunə fəaliyyətini təqdir edirik. Ruslan Əliyev ölkədə işinə məsuliyyətlə yanaşan, vətəndaş müraciətlərinə həssas yanaşaraq, onların mavi yanacaqla bağlı problemləri barəsində dərhal lazımi göstərişləri verən bir dövlət məmurudur.

Ruslan Əliyevin direktor olmadan əvvəl də Azəriqaz İstehsalat Birliyində mühüm vəzifəsi var idi. Odur ki, sözügedən sahədə kifayət qədər təcrübəsi olduğu və bu sahədəki problemlərdən, çatışmazlıqlardan xəbərdar olduğu üçün qurumun direktoru təyin edilən kimi dərhal bütün çatışmazlıqların həlli istiqamətində hərəkətə keçdi.

Qeyd edək ki, Ruslan Əliyev dövlət qurumu rəhbərləri arasında bir ilkə imza atıb, hər həftənin cümə gününü mətbuat nümayəndələri üçün açıq qapı günü elan etdi. Hər həftənin cümə günü mətbuat nümayəndələri qarşısında görülən işlər barəsində məlumatlar verilir, jurnalistlərin sualları cavablandırılır.

Bundan əlavə yeganə dövlət məmurudur ki, tez-tez öz şəxsi hesabı üzərindən Facebook sosial şəbəkəsində canlı yayımlar açır, respublikanın bütün bölgələrində fəaliyyət göstərən Azəriqaz İstehsalat Birliyinin məsul şəxsləri də həmin canlı yayımda izləyici qismində iştirak edirlər. Vətəndaşların orada şərh bölməsində yazdıqları şikayət və təkliflər həmin məsul şəxslər tərəfindən dərhal diqqətə götürülür və müsbət həlli istiqamətində işlər aparılır

Məhz Ruslan Əliyevin operativ fəaliyyətinin nəticəsidir ki, respublikanın ən ucqar dağ kəndlərinin belə əksəriyyəti, o cümlədən Paytaxt Bakı və Sumqayıt şəhəri ərazisində yeni salınmış yaşayış əraziləri mavi yanacaqla təmin olunub.

Bu sahədə “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun da operativ fəaliyyəti danılmazdır.
Hansı ki, Teymur Cəfərov "döyüşə hazır əsgər" kimi qurum rəhbəri Ruslan Əliyevin tapşırıqları ilə dərhal fəaliyyətə başlayır.

Azəriqaz rəhbərliyi  ilklərə imza atır

Qeyd edək ki, ötən il "DogruXeber.az" redaksiyasına mavi yanacaqla bağlı bir neçə vətəndaş müraciətləri var idi. Agentliyimizin rəhbəri tərəfindən "açıq qapı" günlərindən birində həmin müraciətlər Ruslan Əliyevə bildirildi. Ruslan müəllim elə orada Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərova məsələni diqqətə götürməsi tapşırığını verdi.

Həmin müraciətlər fərqli ünvanlarda olmasına baxmayaraq Teymur Cəfərovun xüsusi diqqəti ilə qısa zamanda təmin olundu.

Ola bilər ki, bu mövzu nəyəsə görə qurum yaxud rəhbəri barəsində tənqid yazan bəzi həmkarlarımıza xoş gəlməyə bilər. Lakin, biz dəyərli həmkarlarımızı obyektiv olmağa, qurum rəhbərləri arasında nadir inci olan şəxslər barəsində doğruları yazmağa dəvət edirik.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər