Gündəm

Həm də bələdiyyə sədri olan ingilis dili müəllimi məktəbə saxta bülleten təqdim edir? - İDDİA

MUMtv.az: - "Qazax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində cərəyan edən özbaşınalıqlardan da, rüşvət hallarından da, yeyinti hallarından da, hətta oğurluq hallarından da dəfələrlə "Kanal14" YouTube kanalımızda, "Kamalın zamanı" proqramında danışdıq. Daha doğrusu biz deyil, elə sözügedən rayonun sakinləri özləri danışdılar, "DogruXeber.az" informasiya portalında da məlumatları dərc etdik, yayımladıq.

Qazax sakini canlı yayımda Mərkəzi Xəstəxananın "PUL YEMƏK YOLLARI"nı açıqladı - VİDEO



Hətta, aidiyyatı üzrə bir neçə dövlət qurumlarına rəsmi müraciətlər göndərdik.

Nəticə???
0

Rayon sakinləri israrla ""Qazax rayon Mərkəzi Xəstəxanası " Publik hüquqi şəxsinin direktoru Sevda Məmmədovanı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov himayə edir. Çünki, Sevda xanım Rəcəb Babaşovun çox işlərindən xəbərdardır, bilir ki, Sevda xanım getsə, o da gedəcək" deyirdilər.

Mövqe öyrənmək istədiyimizdə isə Sevda xanım siz məlumatları göndərin mən araşdırım demişdi, ondan da bir xəbər çıxmadı.
Lakin, yayımın şərh bölməsində "özünü şirin göstərmək istəyən" bəzi şəxslər, xəstəxanada sağlamlıq haqqında tibbi arayışların pulla satılması barəsindəki məlumatlara özünəməxsus "irad" bildirərək, arayışları dövlətin pullu etdiyini yazıblar.

Halbuki, tibbi arayışlar üçün dövlət rüsumunun tətbiq edilməsi çox yeni qərardır. Ancaq, şikayətçi sakinlər onların illərdir bunun üçün pul ödəmək məcburiyyətində olduqlarını deyirlər.

Bundan əlavə, bir neçə gün əvvəl "Kanal14"də "Kamalın zamanı" proqramında Qazax rayon sakini Murad Mustafayevin Ağköynək kənd bələdiyyəsinin sədri və eyni zamanda Ağköynək kəndində ingilis dili müəllimi çalışan Nəzakət Mansurova barəsindəki müraciəti yayımlanarkən, yayımın şərh bölməsində sözügedən kəndin bəzi sakinləri Nəzakət Mansurovanın çox zaman məktəbə getmədiyini, demək olar ki, həmişə bülletendə olduğunu yazmışdılar.
Belə olan halda isə həm rayon təhsil şöbəsinin, həm də Rayon Mərkəzi Xəstəxanasının Nəzakət Mansurova ilə suç ortağı olduğu aşkar görünür.

Xəstə olmayan birinə Mərkəzi Xəstəxana hansı əsasla, yaxud ixtiyarla bülleten verir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər