Gündəm

Bələdiyyə sədri  dövlət mülkiyyəti ilə özünə sərvət toplayır ? - VİDEO

Çox uzun müddətdir ki, "DogruXeber.az"da yayımlanan vətəndaş şikayətlərinin əksəriyyətini torpaq problemləri ilə bağlı mövzular təşkil edir.

"Kana14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə bağlantı yaradıb, hüquqlarının pozulmasından gileylənən şəxslərin də əksəriyyəti Qazax rayon sakinləridir.

Belə ki, bu dəfə də redaksiyamıza torpaq problemi ilə bağlı müraciət edən Qazax rayon "Ağköynək" kənd sakini Mustafayev Murad Bəhmən oğludur.

Murad Mustafayev müraciətində iddia edir ki, "Mən Ağköynək kəndində çilingər işləyirəm. Şəxsi avtomobil təmiri sexi tikmək məqsədilə Ağköynək və Qarapapaq kəndlərinin bələdiyyə sədri Mansurova Nəzakət Bilal qızına müraciət etdim.

Nəzakət Mansurova mənə dedi ki, "Mən sənə 4.000 (dörd min) manata yaxşı yerdən torpaq sataram, amma 200 (iki yüz) manat da verəcəksən kadastr gətizdirib vurdururam, nə qədər torpaq var 1 sot, 2 sot verirəm sonra.".

Mən də razılaşdım. Aradan bir-iki gün keçmişdi ki, Nəzakət Mansurova mənə zəng edib dedi ki, "Kadastr bura Tovuzdan gəlir, gəl 200 (iki yüz) manat ver, yola sal".

Bələdiyyə sədri Nəzakət xanımın mənə satdığı həmin əraziyə getdim. 3-4 nəfər şəxs var idi. Ərazini ölçdülər və mənə bildirdilər ki, "Burda 1.4 sot yer var, bitişik olan əlavə 20 kv metri də sənin adına vururuq."

Bir neçə gün sonra mən avtomobilimi lizinq edib, kreditlə pul götürdüm.

Nəzakət xanımın mənə satdığı torpağın ödənişi olaraq, hissə-hissə 1500+1200+800 bütövlükdə 3500 (üç min beş yüz) manat pul ödədim.

Avtomobilimi satıb, torpağı almaq üçün götürdüyüm kredit borcu qarşılığında 6.900 (altı min doqquz yüz) manat banka pul ödədim, pulu götürüb qayıdarkən, yolda avtomobil qəzası keçirmişdim, 3000 (üç min) manat ona xərcim çıxdı. Arada da əlavə çox xərclərim oldu. Üstəlik, övladımın avropada təhsil alması üçün illərlə qəpik-qəpik topladığım pul da əlimdən çıxdı.

Lakin, pulu ödədikdən və yuxarıda qeyd etdiyim qədər maddi zərər gördükdən sonra bir neçə müddət torpağın sənədləri hazır olmadı. Axırda məlum oldu ki, mənə satılan həmin torpaq sahəsi tamamilə başqa bir şəxsin - rayonda hörmətli bir iş adamının adınadır.

Bundan sonra Nəzakət xanım mənə başqa bir yerdən əlavə pul ödəmək şərtilə 6 sot torpaq təklif etdi. Həmin torpaqla da bağlı bəzi problemlər ortaya çıxdı və sonunda mən torpaq almaq fikrindən daşındım. Çünki, məsələ uzandıqca, xərclərim çoxalırdı.

Manim artıq torpaq almaq fikrim yoxdur, zatən mümkün də olmadı. Ona görə də mən bələdiyyə sədri Nəzakət Mansurovadan əlavə xərclərim - yəni torpaq məsələsinə görə düşdüyüm bütün maddi ziyanlar ilə birlikdə ödədiyim məbləği geri tələb edirəm."



Qeyd edək ki, vətəndaş Murad Mustafayev redaksiyamıza bələdiyyə sədri (eyni zamanda Ağköynək kənd orta məktəbində ingilis dili müəllimi işləyən) Nəzakət Mansurova barəsindəki iddialarına dair səsyazıları da təqdim edib və həmin səs yazısı da "Kamalın zamanı" proqramında izləyicilərə təqdim edilib.





Səs yazılarında adı bir neçə dəfə çəkilən Hamlet adlı şəxs isə Murad Mustafayev va digar kand sakinlərinin redaksiyamıza bildirdiyinə görə hazırda bələdiyyə idarəsində Nazakat Mansurova ilə birlikdə çalışır. Deyilənə görə o, əvvəllər korrupsiya cinayətinə görə həbs olunub. Müəyyən müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxıb. Torpaqların satışı üçün əsas işləri Hamlet həyata keçirir.

Sözügedən səs yazılarında bələdiyyə sədri Nəzakət Mansurovanın danışıqlarında diqqət çəkən onun bir neçə dəfə bələdiyyə torpağından bəhs edərkən, "mənim torpağım" deməsidir.
Üstəlik də təkrar-təkrar Murad Mustafayevə ona 4.000 (dörd min) manata satdığı torpağı bir başqasının 5.000 (beş min) manata satın almaq istədiyini deyir.

Görünür, bələdiyyənin torpaqları hərrac yolu ilə sata biləcəyi barəsindəki qanunu Ağköynək bələdiyyəsinin sədri Nəzakət Mansurova yanlış anlayıb. Sən demə o, torpağı onun özünə daha çox pul verən şəxsə sata bilərcəyini düşünürmüş. Hər halda danışıqlardan belə çıxır.

Onu da qeyd edək ki, məlumatlar və səs yazısı yayımlandıqda, yayımın şərh bölməsində kimisi bələdiyyə sədrinin İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova arxalanaraq, bu cür qanunsuz işlər gördüyünü, kimisi eyni zamanda Ağköynək kəndində ingilis dili müəllimi olan bələdiyyə sədrinin çox zaman məktəbə getmədiyini, bülletendə olduğunu yazdı.

Yeri gəlmişkən, Murad Mustafayev "Kamalın zamanı" proqramında bələdiyyə sədrinin onun başına gətirdiklərini danışdıqdan sonra biz "DogruXeber.az" olaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini dinləməyi özümüzə borc bildik.

Odur ki, haqqında bəhs edilən bələdiyyə sədri Nəzakət Mansurovaya zəng edib, Murad Mustafayevin iddialarına qarşı fikir bildirməsini istədik.

Nəzakət xanım heç bir açıqlama vermək istəmədiyini, yorulduğunu bildirdi. Hətta, "Nə istəyirsiniz, yazın" - dedi.
Aradan bir neçə dəqiqə keçmişdi ki, Ləman adlı bir xanım redaksiyamıza zəng etdi və Nəzakət Mansurovanın qızı olduğunu, məsələ barəsində açıqlama vermək istədiyini, hətta redaksiyamıza gəlib, efirə çıxmaq istədiyini dedi. Anladıq ki, o, Murad Mustafayevin təqdim etdiyi səs yazısında Nəzakət Mansurovanın tez-tez adını çəkib, müraciət etdiyi Ləman xanımdır.

Xanım xeyli özünü, ailəsini, gördüyü ailə tərbiyəsini təriflədi, Murad Mustafayevi yalan danışmaqda qınadı. Hətta, bildirdi ki, o Muraddan pulu müalicə məqsədilə borc alıb.

Ləman xanım biraz da xarici görünüşündən bəhs edib, Murad Mustafayevin barəsində məsələyə aidiyyatı olmayan bir-iki iddialar irəli sürdü və növbəti gün redaksiyamıza gəlib, efirə çıxmaq istədiyini dedi və sağollaşdı.
Beləliklə, bir daha "su sonası" qədər gözəl olduğunu deyən Ləman xanımın nə üzünü gördük, nə də səsini eşitdik.

Amma, onu da qeyd edək ki, sən demə Ləman xanım bizə zəng etmədən bir neçə gün əvvəl "DogruXeber.az"ın "dogruxeber.az_official" Instagram səhifəsinə mesajlar yazaraq, Qazax rayonunda özbaşınalıq olduğundan, Rüstəm və Oruc Vəliyevlərin torpaqları mənimsədiyindən, anasını ölüm həddinə çatdırdıqlarından gileylənibmiş. Profil adı başqa olduğundan biz tanımamışdıq, lakin Ləman xanım zəng edərkən, bu barədə özü bizə bildirdi.

P.S: Biz Murad Mustafayevin iddiaları əsasında məsələdə cinayət tərkibi olduğundan bütün aidiyyatı qurumlara - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Ədliyyə Nazirliyinə və rayon rəhbərliyi olaraq, Qazax rayon İcra Hakimiyyətinə tərəfimizdən rəsmi elektron müraciətlər göndərmişik.

Güman edirik ki, məsələ obyektiv araşdırılacaq və barəsində hüquqi tədbirlər görüləcəkdir.

Mövzu diqqətimizdədir, təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər