Gündəm

Səhiyyə müəssisəsində 24 minlik şübhəli müqavilənin araşdırması

MUMtv.az: - Sanki, son illər əksər dövlət müəssisələri "tender" adı altında dövlət büdcəsinə "kütləvi hücum"a keçiblər.
Dövlət Satınalma Portalında hər gün 10-larla bağlanmış tender müqavilələri dərc edilir. Lakin, çox zaman o müqavilələrdə qeyd edilən məbləğlər təyinatı üzrə xərclənmir və yalnız kağızlar üzərində həmin məbləğlərin "taleyi həll olunur", vəssalam...

Yeri gəlmişkən, bütün bunlar ölkə başçısının da diqqətindən yayınmayıb. Hətta, o bəzi çıxışlarında da bu barədə məlumatlı olduğunu vurğulayıb və ciddi xəbərdarlıq edib. Ölkə başçısının ciddi xəbərdarlıqlarına rəğmən, bir çox dövlət qurumları, dövlət müəssisələri bu gün də həmin əməllərini davam etdirirlər.

Belə ki, "DogruXeber.az"ın xəbərinə görə 02.06.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda Abşeron rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi" ilə "Sinam" MMC arasında bağlanmış "Qeyri maddi aktivlər ( Proqram təminatının (SERP ) modullarına texniki dəstək xidmətləri" müqaviləsi barəsində məlumat dərc edilib.

"Məlumat" deyərkən, yəni sadəcə müqavilənin adı və məbləğ (24.000 AZN) qeyd edilib. Ətraflı məlumat bölməsi isə boş saxlanılıb.

Səhiyyə müəssisəsində 24 minlik şübhəli müqavilənin araşdırması


Odur ki, bununla bağlı məlumat almaq üçün "Abşeron rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi"nin baş mühasibi Şəmsiyyə xanıma zəng etdik. Özümüzü təqdim edib, bizi maraqlandıran sualı ünvanladıq.

Təsəvvür edirsiniz?

Dövlət müəssisəsinin baş mühasibi Şəmsiyyə xanım mətbuat nümayəndəsinin sualına "sual"la cavab verir: "Xanım, siz bu sualı bizə vermək üçün hardansa icazə almısınız?".

Bəli, dövlət müəssisəsində məsul vəzifədə çalışan bir dövlət qulluqçusunun mətbuat nümayəndəsinə cavab əvəzinə verdiyi bu sual gülünc olduğu qədər də təəssüf doğuran və acınacaqlıdır.

Cavab veririk:
- Şəmsiyyə xanım, mətbuat nümayəndəsi sual vermək üçün, kimdənsə icazə almasına ehtiyac yoxdur. Sizə sual veririk, çalışdığınız müəssisənin imzaladığı tender müqaviləsi haqqında satınalınma portalında ətraflı məlumat yoxdur. Bununla bağlı nə deyə bilərsiniz? Hər hansı bir açıqlamanız varmı?
.............

Şəmsiyyə xanım sualı sonuna qədər dinlədi və cavab vermədən telefonu söndürdü. "Bəlkə şəbəkədə problem yarandı" deyə düşündük, təkrar bir də aradıq...
Bir də...
Bir də....

Anladıq ki, Şəmsiyyə xanım deyəcək sözü olmadığı üçün nömrəmizi "blok" edib.

Doğrusu, baş mühasibin telefonu söndürməsi və nömrəmizi "qara siyahı"ya salması, bizdə sözügedən müqavilədəki "qara nida"dan daha çox şübhə yaratdı.

Sizcə də elə deyilmi?

Təbii ki, bununla bağlı ətraflı araşdırma aparmaq və qanuni tədbirlər görmək hüququ aidiyyatı qurumlara məxsusdur ki, həmin qurumlara göndərilməsi üçün də "DogruXeber.az" redaksiyası tərəfindən rəsmi müraciətlər hazırlanır.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər