Gündəm

Buralarda qanunları SAYA SALAN YOXDUR... - Daha bir tender MÜƏMMASI...

MUMtv.az: - Buralarda qanunları SAYA SALAN YOXDUR...
“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibi məlum olub.

Səhiyyə müəssisəsinin nəqliyyat vastələrinin təmiri ilə bağlı iki lot üzrə elan olunan müsabiqənin qalibi "Lubricants Supplier" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 02.11.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqəyə dünən-15.11.2021-ci ildə yekun vurulub.
"Lubricants Supplier" MMC “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sifarişi ilə nəqliyyat vastələrinin cari və əsaslı təmirini həyata keçirəcək və qarşılığında birinci işlə bağlı 15198 manat, ikinci işlə bağlı isə 12331 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... DİA.AZ yenixeebr.org-a istinadla bildirir ki, “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi "Lubricants Supplier" MMC-ni seçib və 27529 manat büdcə vəsaitini etibar edib.

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?

Bir dövlət qurumunun iki lot üzrə elan etdiyi kotirovka soğusunun qalibi olan "Lubricants Supplier" MMC haqqında isə heç bir bilgi öyrənmək mümkün olmadı... “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin toplam 27529 manat büdcə vsaitini etibar etdiyi bu şirktin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün olmadı(?)

Bu arada diqqəti çəkən digər faktor isə “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Nəqliyyat vastələrinin təmirinin iki mərhələdə- cari və əsaslı olaraq icra olunmasıdır(?) Nəqliyyat vastələrinin cari təmiri nə, əsaslı təmiri nədir? Həm də, eyni zamanda-paralel olaraq???

Amma, cavablandırılası suallar bununla bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdən bu və digər suallarımıza aydınlıq gətirilməsini istəsək də, olmadı. Təşkilatın rəhbəri hörmətli Rasim Əkbərova ünvanladığımız online sorğu hələ də, cavabsız qalmaqdadır(?)

***

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.

Mövzunun davamı olacaq.
Facebook-da paylaş

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər