Gündəm

Cəlilabadın “hərbi komissarlığında” xaricdə yaşayan vətəndaşları “onlayn şəhadətləndirmə” təcrübəsi… - İTTİHAM VAR!

MUMtv.az: - Aprel ayında ölkənin ictimai-siyasi həyatında baş verən diqqətəlayiq hadisələrdən biri 10 ildən artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-polkovnik Arzu Rəhimovun vəzifəsindən azad edilməsi oldu. Prezidentin digər sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edildi.

10 ildən artıq keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışması, adının “MTN işi”ndə hallanmaması onun göstərir ki, M.İbrahimov korrupsiyaya qurşanmayıb.

Ümid etməyə dəyər ki, SHXÇDX-nin yeni rəisi rəhbərlik etdiyi qurumda və onun yerli strukturlarında mövcud olan qanunsuzluqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək, neqativ hallara rəvac verən şəxsləri vəzifədən kənarlıaşdıracaq. Bu halda M.İbrahimov islahatına SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovdan və həmin şöbənin çağırış bölməsinin rəisi Mahir Əkbərovdan başlamalıdır.
Cəlilabad rayonu həm Birinci, həm də İkinci Qarabağ savaşında, həmçinin 2016-cı ilin Aprel döyüşlərində ən çox şəhid verən rayonlarımızdan biridir.
Bu rayon həmişə igid, vətənpərvər oğul və qızlarının qəhrəmanlığı ilə öyünüb. Ancaq V.Həsənov – M.Əkbərov cütlüyü öz korporativ əməlləri ilə Cəlilabad gənclərini hərbi xidmətdən yayınmağa stimullaşdırır. Müşahidələr göstərir ki, son dövrlər çağırış yaşlı cəlilabadlı gənclərin M.Əkbərovla “dil taparaq” sağlamlıq qüsurulu adı ilə hərbi xidmətə “tam yararsız”, daha çox halda isə “məhdud yararlı” statusu alması az qala kütləvi xarakter alıb.
M.Əkbərovun tapdığı müştərilərə “düzüb-qoşduğu” sənədləri isə V.Həsənov məmnuniyyətlə möhürləyir.

Bildirilir ki, Mahirin bazarından “Hərbi xidmətə məhdud yararlı” statusunu satın almış cəlilabadlıların müəyyən müddətdən sonra yenidən şəhadətləndirilməsindən (hələ də məhdud yararlı olmasının təsdiqlənməsindən) ötrü tələb olunan rüşvət 500 manatdır.

“Komissarların” özbaşınalığı, cəzasız qalacaqlarına arxayınçılığı hətta o həddə çatıb ki, “özü qürbətdə olub, ürəyi Vətən eşqi ilə döyünən” şəxsləri də “neqodnı” çıxarmaqdan çəkinmirlər.

Nyus.Az saytına verilən məlumata görə, az öncə faktiki olaraq Rusiyada yaşayan, ancaq Cəlilabad rayonunun Hamarqışlaq kəndində qeydiyyatda olan bir şəxs özünün iştirakı olmadan təkrar müayinədən “keçirilərək”, hərbi xidmətə “məhdud yararlı” olduğu təsdiqlənib.

Təbii ki, redaksiya olaraq araşdırmamızın növbəti mərhələsində aidiyyəti qurumlara – Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Xidmətinə sorğu göndərib həmin şəxsin axır vaxtlar Azərbaycan – Rusiya sərhədini nə vaxt keçdiyini öyrənməyə çalışacağıq.

Digər tərəfdən adları bizə məlum olan,tam sağlamlıq arayışı ilə müəyyən qurumlarda çalışan gənclərlin adlarını aidiyyatı qurumlara təqdim edəcəyik.
Məlumatda həmçinin xatırladılır ki, Arzu Rəhimovun SHXÇDX-nə rəhbərliyi dövründə Vüsal Həsənov bir dəfə vəzifədən qovulub, xeyli müddət sərəncamda qalıb.

Ancaq sonradan necə olubsa, yenə vəzifəyə qaytarılıb. İnanırıq ki, cənab M.İbrahimovun V.Həsənovla bağlı qərarı birmənalı olacaq. //realmedia.az//


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər