Gündəm

SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 10-cu ildönümünü təntənə ilə qeyd edir.


"MUMtv.az" xəbər verir ki, əlamətdar gün münasibətilə Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.


Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.


Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 10 illiyinə həsr olunan mərasim keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov ötən dövrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən əvvəlki illərdə olduğu kimi son 10 ildə də böyük uğurla davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib. 

General-polkovnik Arzu Rəhimov vurğulayıb ki, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrimizin müntəzəm inkişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük qələbəyə - 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi Xidmət tərəfindən müvəffəqiyyətlə həyata keçirilib. 

Xidmət rəisi qeyd edib ki, SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə yaradılmış “Zəfər” altsistemi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq işlər görülüb.

General-polkovnik Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Tədbirin sonunda Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR
  • SHXÇDX-nin yaradılmasından 10 il ötür- FOTOLAR

Son xəbərlər

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Bütün xəbərlər