Gündəm

Həkimlər Qazimizə qulluqdan imtina ediblər? - BU NƏDİ BELƏ?

MUMtv.az: - 23 yaşlı Orxan Quliyev hərbi xidməti bitirib evə qayıtmağına 6 ay qalmış başlayan İkinci Qarabağ müharibəsində yaralanıb. O deyir ki, müharibənin ortalarına doğru ayağından qəlpə yarası alaraq Bakıya hospitala əməıiyyata, 14 gündən sonra isə ayağı sağalmamış təkrar döyüşə göndərilib.

Artıq iki aydır ayağındakı şiş səbəbilə yatağa məhkum olmuş müharibə veteranı Orxan Quliyev deyir ki, ailəsi dövlət qurumlarına müraciət etsə də, ona yardım edən olmayıb.

Hazırda Orxan Quliyevə ailənin xahişi ilə yaşadıqları Azadkəndin tibb bacısı xidmət edir.

Onun ailə üzvləri bizə dedilər ki, təcili tibbi yardım və yerli xəstəxanalardakı tibb işçiləri Orxanın yarasına qulluq etməkdən imtina ediblər.

Ailənin sözlərinə görə, onun yarasının sarğısı hər gün dəyişdirilməlidir və buna gündə 30 manat vəsait xərclənir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir.

"Quliyev Orxan Cümşüd oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən F88 sənədi Əlillik altsisteminə daxil edilməyib".

Qurum bildirib ki, "tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək".

Sabirabad Rayon Təcili Tibbi Yardımdan BBC-yə bildiriblər ki, bu həftə qaziyə göndəriş verilərək, Bakıya göndərilib.//dia.az



Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər