Gündəm

"İcra başçısı deyir, get, sabah gələrsən" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb.
Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.
"MUMtv.az"   "qafqazinfo"ya istinadla xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: “Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.
ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.
Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.

Son xəbərlər

Reabilitasiya mərkəzinin rəhbəri həbs edildi

Pullu yoldan istifadə qaydasını pozanlar məsuliyyət daşıyacaq

Silsilə qətllər törədən 23 yaşlı "Körpə" həbs edildi

Respublika Xəstəxanasından rüşvət görüntüləri – XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”... / VİDEO

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olundu

Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Bakıda NATO-nun təlim kursu keçirildi

Tovuzun İcra başçısı Məmməd Məmmədov həm də belə qazanır

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

Ukraynada "prezident" yumurtaları satışa çıxarılıb

“Bakı Tikiş Evi” gömrük qaydalarını pozur

Gizlicə valyuta alveri edənlərlə bağlı qərar verildi

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

Zərifliyi və sərvəti təmsil edən ilan 2025-ci ildə nə demək istəyir?

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Uğurlu insanların işdə müntəzəm istifadə etdiyi 3 güclü ifadə

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Alimlər yaş artdıqca xərçəng riskinin niyə azala biləcəyini izah etdi

Ət niyə bahalaşır? - VİDEO

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

Qəhvə ürək sağlamlığına necə təsir edir?

VƏTƏNin oğlu - Onlar Allah dərgahında diridirlər

Aİ-dən Gürcüstanla vizasız rejimin dayandırılması tələb edildi

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Suriya ordusu Həma şəhərindən geri çəkildi

Araşdırsınlar: 100 milyondan çox pulu O ÇIXARIB... - İLGİNC

"Qərbi Azərbaycana qayıdış strateji hədəflərdən biridir" - Millət vəkili

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

Bütün xəbərlər