Gündəm

Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? - "Sanki bura ölkə deyil, cəngəllikdir..."

MUMtv.az: - Beyinə qan sızma ilə xəstəxanaya aparılan Ağayeva Bəsirənin yaxınları aidiyyəti qurumlardan şikayətçidirlər.

Xəstə yaxınları bildirirlər ki, o, 14 may saat 22:00-da komatoz vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

Diaqnoz qoymaq üçün lazım olan kompüter tomoqrafiyası (KT) mərkəzdə olmadığı üçün xəstəyə lazım olan ilkin tibbi yardım 6 saat gecikdirilib.

"Belə olan halda isə xəstənin vəziyyəti daha da ağırlaşıb. KT üçün özəl müəssisəyə göndəriş isə düz 8 saat gecikdirilib”, - xəstə yaxınları deyir.

Yaxınları deyir ki, növbəti gün, mayın 15-də öz hesablarına KT etdiriblər.

Onlar Bəsirə Ağayevanın vəziyyətinin ağır, xidmətin isə zəif olduğunu əsas gətirətrək onu özəl tibb müəssisəsinə yerləşdirib. Dia.az-ın məlumatına görə, xəstənin ailə üzvləri "Arqument.az”a bildiriblər ki, artıq 12 gündür xəstəni "Medical Plaza”da yerləşdiriblər və hər gün üçün 2000-2500 manat vəsait ödəyirlər: "Xəstəyə lazım olan reanimasyon tədbirlər görülüb. "Medical Plaza”dan deyirlər ki, xəstəni dövlət müəssisəsinə köçürmək olar. Dövlət xəstəxanaları isə bizi qəbul etmir, bəhanələri də odur ki, guya yerləri yoxdur”.

Şikayətçilər bu bu barədə lazımi instansiyalara məlumat verdiklərini söyləyirlər.

"Uç gündür ki, xəstəni yerləşdirə bilmirik. Onu müalicə edən reanimatoloq məsləhət görür ki, belə vəziyyətdə xəstə ya Klinik Tibbi Mərkəzə, ya da Neyrocərrahiyyə İnstitutuna yerləşdirilməlidir. Hər iki müəssisə isə xəstədən imtina edir. Məsələylə bağlı İcbari Tibbi Sığortanın "Qaynar xətti”nə, TƏBİB-ə və ən sonda isə Ombudsman Aparatının "Qaynar xətti”nə müraciət etmişik. Müraciətimizə baxan yoxdur, sanki bura ölkə deyil, cəngəllikdir...”, - deyə xəstənin ailə üzvləri bildirir.

Bəsirə Ağayevanın yaxınları onu yerlə.dirmək üçün ağırlıq dərəcəsinin nəzərə alınmalı olduğun qeyd edirlər: "Bizə təklif etdikləri Məlikov adına 6 saylı Şəhər Xəstəxanasında isə belə vəziyyətdə olan xəstəyə xidmət yoxdur. Əgər olsaydı, ilk apardığımız yer elə Respublika Kliniki Xəstəxanası idi və 6 saat müddətində heç bir yardım olunmadı, əksinə xəstənin vəziyyəti daha da ağırlaşdı. İndi bizim bir çıxış yolumuz qalır: xəstəni aparıb Prezident Administrasiyasının qabağına qoyaq, bəlkə, onda reaksiya verdilər”.(azerinfo.az)

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər