Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Ermənistanın Teğ kəndinin sərhədində üçtərəfli danışıqlar aparılıb
"MUMtv.az" Ermənistanın “Hraparak” qəzetinə istinadən yazır ki, Sünik vilayətindəki mənbələrindən öyrəndik ki, dünən Teq icmasının bütün sərhəd bölməsində Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin iştirakı ilə erməni-Azərbaycan tərəflərinin nümayəndələri arasında danışıqlar aparılıb.
Mənbənin sözlərinə görə, Ermənistanın MTN (Milli Təhlükəsizlik Xidməti)nin direktoru Armen Abazyan da Sünikdə olub. Onlar azərbaycanlıları ötən gün tutduqları mövqelərdən, heç olmasa, Dostluq heykəlinin ətrafında ilkin razılaşmaların olduğu hissəsinə qədər bir az geri çəkilməyə inandırmağa çalışıblar. Lakin, danışıqlar nəticəsiz qalıb və Azərbaycan silahlı qüvvələri Teq icmasından bir neçə metr aralıda yerləşən bağlarda möhkəmləniblər.
Yeri gəlmişkən, mənbə bildirir ki, dünən hətta erməni və azərbaycanlı hərbçilər arasında əlbəyaxa döyüş də olub, baxmayaraq ki, 2020-ci ildə müharibədən sonra Teq icması ərazisində heç bir erməni mövqe mühafizəçisi yerləşdirilməyib. Burada yalnız rus sülhməramlısının forpostu olub. Lakin, dünəndən Ermənistan Müdafiə Nazirliyi yeni addımlar atıb, onlarla əsgəri həmin hissəyə yerləşdirib.
MUMtv.az
Jalə Əsədova