Gündəm

Makron İlham Əliyevə zəng etdi

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"MUMtv.az" xəbər verir ki, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Oxunub: 19

Son xəbərlər

Bakıda ticarət dövriyyəsi artıb

Ərdoğan İlham Əliyevlə GÖRÜŞDÜ

Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ? - Camaat NARAZILIQ EDİR...

Mişel Əliyevlə Paşinyanı 4-cü dəfə görüşdürəcək - Rusiya “ofsayta” düşdü, yoxsa...

1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə – Cənub rayonları üçün “tender canavarı”

Hörmətli deputatın da qardaşı TENDERXANA işbazı imiş... - BU DA FAKT!!!

Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır

Bərdənin icra başçısı DÖVLƏTƏ MEYDAN OXUYUR... - FOTOFAKT

Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı...

30 ilin müharibə əlili pensiyaçılarının, Prezident təqaüdçülərinin adı e-sistemdə yoxdur? !

Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR

Əbülfəz Məlikov: "qara inhisarın" başında duran şəxsin həbsi daha kimlərin karyerasına son qoyacaq? - Əbülfəz Məlikov gömrük təşkilatının "qara qutusudur"

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - SİYAHI

Arzu Rəhimov nə qədər `maskalanmalıdır` ki Kürdəmirdəki AYIB ÖRTÜLSÜN... - İTTİHAM VAR!

Balababanın Səxavəti BALA-BALA DAĞIDIR... - İTTİHAM VAR!

"Belarusda vəziyyət Ukraynadan da pis ola bilər" - Lukaşenko

Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır

Sabah hava necə olacaq?

BMT Təhlükəsizlik Şurası təcili iclası keçirdi

İstilik mövsümünə keçidlə bağlı AÇIQLAMA

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir

TƏBİB bu xəstəxanalara həkim axtarır - SİYAHI

Gələn aydan evlərin qiyməti BAHALAŞACAQ

Payızda karantin tətbiq oluna bilər - TƏBİB-dən AÇIQLAMA

“MSDIS Holdıng”-In Tender Manapoliyası… – Şirkət Təmsilçisi Niyə Dəyişdi?

Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

Ünvanlı sosial yardımın məbləği artıb

Neft ucuzlaşdı

Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

Hərbçilərin pensiyası ilə bağlı yeni QƏRAR

Teleqramı 8 milyonluq cərimə gözləyir

Bütün xəbərlər