Gündəm

AMEA-da vəziyyət daha da PİSLƏŞİB - Ramiz Rövşənin də heç vecinə deyil...

Dünən Novruz bayramı münasibətilə AMEA işçilərə 96 manat 14 qəpik mükafat verib. İndicə aldığım dərmanların üçdə birinin qiyməti 79 manat 68 qəpik etdi. Maaşın yarısı isə yarımçıq müayinəyə gedib.
Bəli, hər şey ala-yarımçıq, sınıq-salxaq...
Elmin inkişafından danışan, pula pul deməyən, sinxron olaraq Baş akademik, deputat, vitse, direktor və s. kimi vəzifələri tutan İsa Həbibbəyli və onun əli pulla oynayan homoloqları 96 manat 14 qəpiklə, görəsən, neçə saat yaşaya bilərlər?!
Keçən il Tibbi sığortadan çəkdiyimizi çəkdik. Uşağın MRT müayinəsinə göndəriş vermək üçün olmazın işgəncələrini verdilər. Bir həftə get-gəl! Hələ yarı pulu da pasiyentdən aldılar!
Tibbi sığorta deyəndə süründürməçi simalar göz önündə canlanır. Hər ay yetimçə maaşımızdan sığorta pulu tutsalar da, poliklinikalarda verdikləri psixoloji travmalara görə bu xidmətdən yararlana bilmirik.
Görmüşük ki, xəstəyə qayğı göstərərlər, bizdə isə, əksinə, xəstəyə mənfi psixoloji təsir göstərirlər.
Milləti ümidsizləşdirən belə özbaşınalıq və ədalətsizliklər var-döv-lətləri başlarından aşan filoloq və Baş akademik İsa Həbibbəylini, onun akademik həmkarı təbib Əhliman Əmiraslanovu, varlanmış akdademikləri, özünü tutmuş Baş yazar Anarı və digər adlı, titullu, mallı, mülklü, adlı-sanlı "elm, ədəbiyyat və sənət fədailəri"ni heç maraqlandırırmı?!
Millətin hazırkı durumu özünü vaxtilə millət fədaisi kimi göstərmiş və xalqın yazıçısı kimi işıldamış Ramiz Rövşənin də heç vecinə deyil. Millətsevərlik, xalqsevərlik, vətənsevərlik - hamısı özünü tutana kimi imiş! Elədirsə, onda o faydasız şeirlər, nağıllar kimə gərəkdir və nəyə çarədir? Sosial ədalətsizliyin qurbanı olan millət balalarının yarasına kiçik bir məlhəm oldunuzmu?! Heyhat!
Bu şəxslər xalqın sevgisini istismar edib özlərini tutduqdan sonra xalqı yarıyolda qoyub qaçdılar. Pul, vəzifə, mülk qara qan kimi gözlərini örtdü, bəsirətlərini axtaladı!
Vecsizlik məhv etdi və etməkdədir!
PS. Mən, əsasən, keçən əsrdə yazıb-yaratmış M. Müşfiq, C. Cabbarlı, M. İbrahimov, B. Vahabzadəni və onlarla digərlərini oxusam da, yaxşı ki, vecsizlərin əsərləri vecimə olmayıb.//dia.az

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər