Gündəm

Prezident Qarabağ əlillərinə ev verib və başlarına bəla acıb - ƏƏMN-yi vəzifəsini yerinə yetirmir, DİN isə deyir ki, kimliyindən asılı olmnayaraq 30 manat cərimə olunacaqsan...


Şəhid ailələri və Qarabağ əlilləri də cərimələnəcək: - Dövlət onlara ev versə də, qurumlar “kupça” vermir
Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinə verilən mənzillərə sakinlərin qeydiyyat problemi öz həllini tapmayıb.

Müharibə əlilləri və şəhid ailələri dəfələrlə bu problemi mətbuatda və sosial şəbəkədə dilə gətiriblər. Onlar faktiki olaraq dövlət tərəfindən onlara verilən, yaşamaq hüququ əldə etdikləri mənzillərə qeydiyyata düşə bilmirlər. Buna səbəb Prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən şəxslərə verilən mənzillərin mülkiyyət hüququ haqqında sənədin olmaması göstərilir. Ona görə də mənzillərdə yaşamaq hüququ əldə edən şəhid ailəsinin üzvləri və müharibə əlilləri ya polis idarələrində müvəqqəti qeydiyyata alınırlar, ya da hansısa qohumun, dost - tanışın mənzilinə qeydiyyata düşürlər.

Bu da həmişə mümkün olmur. Kiminsə mənzilində qeydiyyata alınmaq asan başa gəlmir, qohumlar bununla asanlıqla razılaşmırlar. Digər tərəfdən, polis idarələrində müvəqqəti qeydiyyat üçün uzun növbələr olur. Yaşadığın mənzilə qeydiyyata düşə bilmədikdə isə xəstəxana, poçt, bank və digər xidmətlərdən istifadə edə bilmirlər.

Şəhid polkovnik Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Sevinc Orucova da məsələ ilə bağlı Cebhe.info-ya danışıb. O, uzun müddətdir bu problemin həllini tapmadığını deyib:

“Şəhid ailələri və qazilərə mənzillər Sosial Xidmətlər Agentliyinin xətti ilə paylanılır. Bu mənzillər evdən istifadə hüququnu təsdiq edən sənəd əsasında verilir. Bu əsasla da ev mülkiyyət sayılmır, yəni mənzil ona verilsə də, vətəndaş o evin tam mülkiyyətçisi deyil. Mülkiyyət hüququnu təsdiq edən, bizim “kupça” adlandırdığımız şəhadətnamə olmadığı üçün vətəndaş qeydiyyata düşə bilmir. Hər bir evin mülkiyyətini təsdiq edən dövlət reyestrindən çıxarış olmalıdır ki, vətəndaş həmin evə qeydiyyata düşsün. Yəni bu problem də buradan qaynaqlanır".

Birlik sədri əvvəllər Vətən Müharibəsi Qəhrəmanlarına verilən evlərdə də eyni problemin yaşandığını qeyd edib:

"Artıq o proses bitib, yəni onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi başa çatıb. Amma şəhid ailələri və qazilərimizə verilən evlərdə problem hələ də qalır. Bunu dəfələrlə demişik. I Qarabağ müharibəsi əlillərinə verilən evlərdə də bu problem var. Deyirlər ki, məktub hazırlanır. Onda biz gözləyək ki, bunlar nə vaxt o məktubu hazırlayacaqlar. Bu problem bir layihənin başa çatmasında, yürüdülməsində əngəllər yaradır. Bizə vətəndaş məmnunluğu lazımdır. Bir işi başa çatdıra bilmirik, süründürməçilik, uzun-uzadı mübarizələr, bunlar həssas insan kateqoriyasına aiddirlər, inciyirlər, bu da narazılığa gətirib çıxarır".

Sevinc Orucova hesab edir ki, bina qazla təmin olunubsa, bütün texniki göstəricilərə cavab verirsə, vətəndaşın mülkiyyət hüququ da təmin olunmalıdır:

"Vətəndaşa ev dövlət tərəfindən verilibsə, sənədi də verilməli, sakin ora qeydiyyata düşməlidir. Bu adam onsuz da Bakı şəhərində qeydiyyatdadır, qeydiyyatı elə yaşadığı mənzilə vermək lazımdır. Polis qeydiyyatında növbə çoxdur, həm də kiminsə evinə qeydiyyat daxili problemlərə gətirib çıxarır. Dəfələrlə soruşuruq, cavab belə olur ki, proses gedir. Bizim qurumların və məmurların bir sözü var: proses üzrə iş gedir. Biz həmişə deyirik ki, indiki şəraitdə, kommunikasiyanın, elektron hökumətin inkişaf etdiyi dövrdə bu məsələ bu qədər uzanmamalıdır ".

O, hazırda verilən sənədlə qeydiyyata düşməyin mümkün olduğunu iddia edənlərə də səslənib:

"Əgər bunu deyirlərsə, hansı ünvanda olduğunu bizə də bildirsinlər, müraciət edənləri ora yönləndirək. Qeydiyyata düşmək üçün "Asan Xidmət"-ə müraciət edirsən, səndən mütləq evin "kupça"sını tələb edir, yalnız kupçalı evə qeydiyyata düşə bilərsən”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Cebhe.info-ya bildirilib ki, sözügedən mənzillər artıq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Bakı Şəhər İcra Hakimiyyətindən isə qurumun bu məsələ ilə bağlı hər hansı bağlılığının olmadığını bildirərək məlumatı təkzib ediblər. Bir sözlə, vətən uğrunda canından keçən insanların ailə üzvləri, yaralanan insanlar dövlət qurumlarının "ötür-ötür oyunu" nəticəsində dövlətin verdiyi mənzildə qonaq kimi yaşayırlar. Onlara nə qohum evində, nə polis idarələrində, nə də ölkə başçısının imzaladığı sərəncamla dövlətin verdiyi mənzildə qeydiyyat yoxdur.

Nəzərə alaq ki, Daxili İşlər Nazirliyi ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşların cərimələnəcəyi bildirilib. Qanuna əməl etməyən şəxsi Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət gözləyir: ona xəbərdarlıq edilir və ya o, 30 manat məbləğində cərimə olunur.

Son xəbərlər

İsrail Rusiya mümasibətləri soyuyur?

YUNESKO siyahısənda dəyişiklik olur

Susmaq imkanı olub susmayanlarımız - Dissinent Sabir Yanardağ

Buyurun tanış olun

Mehriban Əiyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

İsraildə etiraz mitinqi

Balaca qızcığaz dünyanı qəhərə boğdu

Zəlzələni “görən” adam

Tarixin “Avesta” qitəsi

Zəlzələnin başladığı anlar - VİDEO

Cənublu soydaşlarımızdan Türkiyəyə dəstək - VİDEO

Xilasedicilərimiz Türkiyədə

Naxçıvan sakinləri türkiyəyə yardım göndərdi - FOTO

Bakıda yardım toplanır - Birazdan Türkiyəyə yola düşəcək // FOTO

Spacetv-nin rəhbəri o oldu

2 aylıq körpə sağ çıxarıldı

Hava limanlarında könüllü izdihamı

"Siraqəddin Cabbarov üstümüzə qışqırdı" - Şəhid ailələrin etiraz edir // VİDEO

Dağıntılar altında uşaq dünyaya gətirdi

Ağlayaraq yardım istədilər

Xətai rayonunda bu problem aradan qaldırıldı - FOTO

Efirə zəng edən qadın onunla evlənmək istədiyini dedi

Azərbaycanlı tələbələr dağıntılar altında qaldı

Fərid Qayıbov: "Bığ saxlamaq istəyirdim yoldaşım istəmədi"

İsrail basqınında fələstinlilər öldürüldü

Suriyada da dağıntılar var

İşsiz qalma qorxusu

Laçın belə olacaq - FOTO

28 il sonra boşandılar

Həlak olanların sayı 912-yə çatdı

Vladimir Poxosyan Rusiyanı "baqaja qoydu"

Hamını köməyə çağırırıq

Bütün xəbərlər