Gündəm

Qarabağ qazilərindən Qazilərin
"Qarabağ qaziləri" ictimai birliyi Milli Məclisə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya və dəyərli millət vəkillərinə

Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!

"Qarabağ qaziləri” ictimai birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuş şəxslərin hüquq və mənafelərini qoruyan, onların problemlərinin həllinə nail olmağa çalışan bir təşkilatdır. Təşkilatımız həmişə dövlətimizin, dövlətçiliyimizin, o cümlədən Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin yanında olub. Bundan sonra da belə olacaq.

Yeri gəlmişkən, hər birinizi Azərbaycan ordusu tərəfindən 44 günlük döyüşlərlə Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi münasibəti ilə təbrik edirik!

Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirdilər. Hörmətli cənab Prezidentimiz İlham Əliyevin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmələr verilməyə başladı. Şəhid ailələrinə və onların varislərinə birdəfəlik ödəmə yolu ilə 11.000 (on bir min) manat məbləğində vəsaitin ödənməsi prosesi başa çatmaq üzrədir.

Lakin Qarabağ əlillərinə çatacaq sığorta pulu hələ də verilməyib. Bəzi Qarabağ əlili var ki, əllərində bu vəsaitin Azərsığorta Dövlət Sığorta Şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, adı çəkilən şirkət bu vəsaiti hələ də ödəməkdən boyun qaçırır.

Bu məsələ bütün məhkəmə instansiyalarını keçərək hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuna qədər gedib çıxdı. Bizim iştirakımızla Konstitusiya Məhkəməsi Plenumunun da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma "xırda” bir tövsiyə ilə - "Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəmişik. Lakin bu günə qədər heç bir nəticə olmayıb. Yəni qısa yazsaq, Azərsığorta illərdi Qazilərin pulunu vermir. Səbəb kimi də Konstitusiya Məhkəməsi Plenumunun məsələni Milli Məslisə göndərdiyi tövsiyəsini göstərirlər.

Neçə illərdir Qazilər qalıb Azərsığorta Dövlət Sığorta Şirkəti, Konstitusiya Məhkəməsi və Milli Məclis arasında.

Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!
Sizdən artıq dərəcədə xahiş edirik, Qarabağ əlillərinin qanunla onlara düşən sığorta pullarının ödənməsinə köməklik edin!"

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər