Gündəm

11 ildir yataq xəstəsi olan şəhid atasına əlil arabası verilmir - ŞİKAYƏT

Daşkəsən rayon sakini olan şəhid atası Abbas Alıyev uzun müddətdir ki, elektron əlil arabası ala bilmir.

Bu barədə onun oğlu Nahid Alıyev "MUMtv.az"a müraciətində bildirib. O qeyd edib ki, atası 11 ildir ki, yataq xəstəsidir:

"Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daşkəsən rayonunun rəhbərliyinə müraciət etmişik. Bizi Gəncə Reabilitasiya Mərkəzinə göndərmişdilər. Onun da bir nəticəsi olmadı. Bizim istəyimiz odur ki, atama elektron əlil arabası verilsin ki, o özünü idarə edə bilsin. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə dedilər ki, atamın əlilliyi 2016-cı ildə ləğv olunub və buna görə əlil arabası verə bilmirlər. Necə ola bilər ki, şəhid atası olduğunu nəzərə alıb bir dənə əlil arabası verə bilmirlər? 

Mənə dedilər ki, nə olsun ki, şəhid atasıdır? Bildirdilər ki, buna qanun icazə vermir. Biz bunu başa düşürük. Amma atam 31 yaşlı oğlu Vahid Alıyevi Vətənə qurban verib. Onun şəhid atası olmasını nəzərə alıb istəyimizi həyata keçirə bilərdilər, amma etmədilər.

Daşkəsənin icra başçısı rayonun Mərkəzi Xəstəxanasında qalan köhnə bir əlil arabasını gətirib verdi ki, səsinizi kəsin. Həmin araba isə köhnə idi və elektron deyildi", - deyə şikayətçi bildirib.

Qeyd edək ki, Abbas Alıyevin oğlu Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub. 


Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. 

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər