Gündəm

Gədəbəy icra hakimiyyətinə İTTİHAM
Gədəbəy rayonunun Kiçik Qaramurad kəndinin sakini Sahil Qasımov üçüncü qrup əlildir. O, müddətdən artıq hərbi xidmət dövründə sağlamlığını itirib.

36 yaşlı Sahil Qasımov danışır ki, 2004-cü ildə hərbi xidmətini başa vurub, evlərinə qayıdıb. Amma sonradan elə hərbi sahədə işləmək qərarına gəlib. 2009-2012-ci illərdə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib: "Elə Gədəbəydə, dağlıq ərazidə xidmət edirdim. Donvurma olmuşdu, amma bunu gizlətdilər. Sonra qar uçqununun altında qalmışdım. Gözümə qar tozu düşmüşdü. Ondan sonra gözümdə problem yarandı. Buna görə göz xəstəliyilə əlaqədar əlillik yazdılar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətindən verilən sənəddə də onun hərbi xidmət dövrü ilə əlaqədar əlil olduğu qeyd edilib. Sahil Qasımov deyir ki, ancaq Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi ona əlillik vəsiqəsi vermir.

Gədəbəy icra hakimiyyətinə İTTİHAM

"Bir əlil bu qədər pulu necə tapıb versin?”

"Müdafiə Nazirliyindən hərbi xidmət dövründə əlil olmağım haqda arayışı alandan sonra rayondakı sosial müdafiə şöbəsinə getdim. Əlimdəki sənədlərə baxmayaraq, hərbi əlillik vəsiqəsini vermədilər. Dedilər ki, vəsiqə ödənişlidir. Ödəniş də 1200 manat. Guya rüsumdur. Bir əlil bu qədər pulu hardan tapıb rüsum versin? Əlbəttə ki, yalandır, bu qədər rüsum ola bilməz. Həm də necə olur, mülki əlilliyi təsdiqləyən sənəd pulsuzdur, hərbi əlilliyi təsdiqləyən vəsiqə üçün 1200 manat rüsum tələb olunur?”, - Sahil Qasımov belə deyir.

O bildirir ki, daha sonra kömək üçün Gədəbəy rayon İcra Hakimiyyətinə üz tutub. Düşünüb ki, icra hakimiyyətinin göstərişi olsa, heç kim əlavə ödəniş tələb eləyə bilməz: "İcra Hakimiyyətində müraciət elədim. Orada mənə dedilər ki, "sobez” bizim tabeliyimizdə deyil, onlara göstəriş vermək səlahiyyətimiz yoxdur. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir. Dedim, elə ola bilməz ki, icra hakimiyyətinin təsir imkanı olmasın. İstənilən məsələ ilə bağlı vətəndaş nəsə eləyən kimi icra hakimiyyətinin nümayəndəsi özünü yetirir”.

Gədəbəy icra hakimiyyətinə İTTİHAM
Ekspertiza rəyi

"İcra hakimiyyəti şikayət məktublarını rayondan çıxmağa qoymur”

Sahil Qasımovun dediyinə görə, o, 292 manat pensiya alır. Bunun da 220 manatını iki uşağa görə alimentə gedir. İki uşağa görə aliment verir: "Hərbi əlillər üçün sosial təminat, sosial paketlər var, amma mən heç birindən yararlanmıram. Elə bil, havadayam. Adıma ev yox, torpaq yox. İndiyə qədər Prezident Aparatına nə qədər məktublar yazmışam. Sonradan öyrəndim ki, heç biri gedib çatmayıb. Çünki icra hakimiyyəti şikayət məktublarının heç birini rayondan çıxmağa qoymur. İcra hakimiyyətindən tapşırıq verirlər ki, şikayət olanda poçt rayondan göndərməsin”.

Sahil Qasımov dövlət başçısının qəbuluna düşmək istəyir. Deyir ki, məmur övbaşınalıqları haqda ona sənədlə-sübutla faktlar təqdim edəcək: "Prezident özü də demişdi ki, o, vətəndaşların şikayətlərinə həssas yanaşır. Ölkədə məmurların necə işlədiyini bilmək istəyir. Mən də ona konkret sübutlarla faktlar təqdim etmək istəyirəm”.

İcra hakimiyyəti: "Doğru deyil”

Gədəbəy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin onlara aidiyyəti yoxdur. Bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. Prezident Administrasiyası və başqa dövlət orqanlarına ünvanlanan şikayət məktublarının Gədəbəydən çıxmasına imkan verilməməsi haqda iddialara gəlincə, icra hakimiyyətindən bunun da həqiqətəuyğun olmadığı vurğulanıb.

"Rüşvət tələbi barədə sübutları varsa, Fonda təqdim etsin”

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, bu qurum tərəfindən pensiyaçılara, o cümlədən pensiya alan əlilliyi olan şəxslərə hər hansı vəsiqə verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmayıb: "Pensiya təyin olunan şəxslərə pensiyalarını almaları üçün yalnız plastik kartlar sifariş olunur və təyin olunmuş pensiya məbləği həmin kartlar vasitəsilə ödənilir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı şəxsə əlilliyə görə pensiya və ya müavinətlə təmin edildiyinə dair arayış verə bilər.

Hazırda əlillik barədə arayış (əlilliyin səbəb əlaqəsi də qeyd edilməklə) və ya müavinətlə, pensiya ilə təmin edilmə barədə arayış əldə edilməsi üçün nazirliyin elektron arayış xidmətləri də fəaliyyət göstərir. Sahil Qasımova Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon filalında da bunlar barədə izahat verilib, onunla başqa mövzuda söhbət olmayıb. Ona görə də Sahil Qasımovun guya əlillik vəsiqəsi üçün ondan rüsum adı altında 1200 manat pul tələb olunması barədə iddiası tam əsassızdır. Əgər həqiqətən də ondan rüşvət tələb olunmasına dair təsdiqedici subutlar varsa, xahiş edirik, Fonda təqdim etsin”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər