Gündəm

“Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi” - NARAZILIQ!


MUMtv.az: - “Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə… Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.

Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.

“280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”

Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına məhkum edib və 1-ci qrup əlilə çevirib. Deyir, hər ay aldığı 280 manat əlillik pensiyasnıın 130 manatını ev kirayəsinə ödəyir, qalan pulla ailəni dolandırmağa çalışır. Ailədə iki azyaşlı var.

Xəyyam Abdullayev əvvəllər kreditlə torpaq alıb, ev tikintisinə başlayıb, əlillliyi işləri yarımçıq qoyub. İstədiyi odur ki, yarımçıq qalmış tikintini hökumətin dəstəyi ilə başa vursun və ailəsini kirayədən qurtarsın.

“Polisləri çağırıb məni çölə atdırdı”

“Axırıncı dəfə icra hakimiyətində iki həftə əvvəl olmuşam. Çıxdım yuxarı mərtəbəyə ki, icra başçının qəbuluna girim, başçı otağından çıxdı, mənimlə dəhlizdə görüşdü. Dedim, 1-ci qrup əliləm, kirayədə qalıram, mənə kömək edin, yarımçıq evimi tikim, uşaqlarımı yığım içərisinə. Kirayə pulunu ödəyə bilmirəm, bu gün-sabah bu arabayla çıxarıb məni də, uşaqlarımı da çıxarıb çölə atacaqlar. Mənim də bu ölkədə bir vətəndaş olaraq normal həyat şəraitim olmalıdır, uşaqlarımın normal gələcəyi olmalıdır. Dedi: “Mən ev tikən şirkətdə işləyirəm ki, dəqiqədə qaçıb gəlirsən üstümə?” Dedim, bəs kimin üstünə gedim? Ermənistana köçüm, oranın rəhbərindən kömək istəyim? Rayonun rəhbəri sənsən, mən də deyirəm ki, əliləm, köməyə ehtiyacım var. Məni küçə söyüşləriylə təhqir elədi, dedi: “Rədd ol get, nə vaxt Ermənistana köçsən, gələrsən, yolpulunu verərəm”. Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”, – şikayətçi deyir.

“Uşaqlarım acdır, heç bir işıq yeri görünmür”

Xəyyam Abdullayev deyir, hazırda kirayədə qaldığı ev də şəraitsizdir, rütubətsə əlil kimi həm özünün, həm də azyaşlı övladlarının səhhətini ağırlaşdırır: “Vallah, bir çəkiliş göndərin, gəlib yaşadığımız zilləti çəkib göstərsinlər, yuxarılarda oturanlar görsün ki, bu vəziyyətdə uşaq, əlil yaşayaşa bilərmi? Ünvanlı sosial yardım da vermirlər ki, çörəyimizi, suyumuzu təmin edək. Uşaqlarım acdır, mən bilmirəm 280 manatı çörəyə çatdırım, yoxsa ev kirayəsinə… Ha düşünürəm, dövlət bizi görməyincə, vətəndaş olaraq bizə can yandırmağınca, bizimçün heç bir işıq yeri görünmür”.

“Ümumi əlillərə ev tikilmir”

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün icra hakimiyyətində mənzil növbəsinə götürülürlər: “Hər il bu kateqoriyadan olan ailələr rayon ərazisində tikilən fərdi mənzillərlə təmin olunur. Ümumi əlillər üçün isə hələlik ev tikilmir. Xəyyam Abdullayevə dəfələrlə bildirilib ki, o, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

Xəyyam Abdullayevsə deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Həmin qurumdan da ona Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu bildirilib: “Bir sözlə, sağlamlığımız əldən gedir, evsiz-eşiksiz, minmişəm əlil arabasına, qalmışam iki qurumun arasında…”, – Xəyyam Abdullayev deyir.

“Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi” - NARAZILIQ!


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər