Gündəm

Hökumət iki azyaşlının əlilliyini ləğv edib...
MUMtv.az: - "Uşaqların əlillik pensiyası kəsilib, bir ildir ki, dərmanlarını ala bilmirik. Hər ikisi epilepsiya xəstəsi və əqli qüsurludur. Bir ildir ki, məmurlar məni də, əlil uşaqlarımı da süründürürlər. Bu vəziyyət isə uşaqlarımın səhhətinə daha ağır zərbə vurur”.

Zərdabın Qaravəlli kəndində yaşayan Gülnar Yusifova Meydan TV-yə danışır ki, iki əlil övladının – 14 yaşlı Asifin və 11 yaşlı Fəridin əlilliyi ləğv olunub. Onun sözlərinə görə, ötən ilin iyulunda hər iki uşağın əlilliyi ləğv olunub. Avqustda ana uşaqlarına görə Psixi Sağlamlıq Mərkəzindən sənədlər alaraq Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərib, ancaq imtina cavabı alıb. Səbəb kimi uşaqların epilepsiya tutmaları ilə bağlı məlumatların "Forma-88”-də qeyd olunmaması göstərilib. Ana Uşaq Nevroloji Xəstəxanasından TSEK-in tələb etdiyi qaydada sənədləri də alaraq təkrar komissiyaya göndərib. Yusifovlar ailəsinə TSEK-dən yenə imtina cavabı verilib. Bu dəfə imtinaya səbəb kimi uşaqların 10 günlük stasionar müalicə almadıqları göstərilib.

Hökumət iki azyaşlının əlilliyini ləğv edib...

"Hansı sənədi istədilərsə apardım, amma…”

"Bu ilin martında hər iki övladımla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Sonra isə Dövlət Tibbi-Sosial Ekspertiziya Komissiyasına getdim. Komissiyadan 10 günlük stasionar müalicənin "Forma-88”-də qeyd olunması üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar. Oradan TSEK-ə bildirildi ki, uşaqların psixi problemlərinə görə xəstəxana stasionar yox, ev şəraitində müalicə yazıb. Səbəb psixi xəstəliyi olan uşaqların Uşaq Nevroloji Xəstəxanasında saxlanılması üçün şəraitin olmamasıdır. TSEK-də məndən 2021-ci ilin rəyini istədilər və mən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək növbəti dəfə TSEK-ə təqdim etdim. Ancaq övladlarıma hələ də yenidən əlillik təyin olunmayıb”, – ana danışır.

İki əlil uşaqla yollarda…

"Sənədlər TSEK-dədir. Ancaq hər dəfə müxtəlif bəhanələrlə məni dağa-daşa salırlar. İki xəstə uşaqla Zərdabdan Bakıya gəlirəm, Nazirliyə gedirəm, ordan TSEK-ə, ordan xəstəxanaya, ordan yenə rayona… İki əlil uşaqla yollarda qalmışam. Tez-tez huşlarını itirmələri, dillərinin qatlanması, 20-30 dəqiqə ərzində dəfələrlə bu halların təkrarlanması bu uşaqlara əlillik təyin etməyə kifayət etmirmi? Böyük uşağın psixi problemləri daha çoxdur. Bu boyda get-gəllər uşaqların psixi pozğunluğunu daha da artırır”.

Hökumət iki azyaşlının əlilliyini ləğv edib...
Tibbi rəy

"Pulsuzluqdan müalicəsiz qalıblar”

Ailənin maddi gəlirləri aşağıdır, bu üzdən də uşaqların müayinə və müalicəsi 1 ildir dayanıb:

"Maddi durumumuz çox ağırdır. Həyat yoldaşım Laçın köçkünüdür, bircə köçkünlüyə görə dövlət ona və iki uşağa 60 manat verir. Hər iki uşağa görə ümumilikdə 300 manat pensiya, iki əlil uşağa baxdığıma görə mənə 100 manat verilirdi. Əlillik ləğv olunandan sonra o 100 manat da kəsildi. Uşaqlar əlildir deyə, təhsillərini ev şəraitində alırdılar, buna görə hər ay 50 manat verilirdi. Bir neçə ay əvvəl onu da kəsdilər. Uşaqlar hər ay müayinədən keçib, müalicə almalıdır. Pulsuzluq üzündən müayinədən də, müalicədən də kənarda qalıblar. Bu uşaqların günahı TSEK-dəki qarnı yekə məmurların gözünü tutacaq”.

Dövlət Tibbi-Sosial Komissiyasının Laçın rayon şöbəsindən bildirilib ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Diaqnozun ağırlaşmalarını təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilməli və sənəddə ətraflı qeyd edilməlidir.

Son xəbərlər

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bütün xəbərlər