Gündəm

Gözdən əlillərin pensiyası niyə kəsilir?
MUMtv.az: - Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib. Nazir ötən illlər ərzində bu istiqamətdə kifayət qədər işlər görüldüyünü açıqlayıb: "Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib”.

Xatırladaq ki, S.Babayev ilin əvvəlində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə 750 milyon manat qənaət edildiyini açıqlamışdı. Nazirin dediyindən belə məlum olur ki, 2021-ci ilin geridə qalan 3 ayı ərzində "qənaət edilən” vəsaitin həcmi daha da artıb.

Gözdən əlillərin pensiyası niyə kəsilir?

Amma əlillik və pensiyaların ləğv olunması prosesi olduqca ağrılı gedir. Vətəndaşlar sosial qurumların qarşısında günlərlə növbə tutur, şikayət edir, əlindən çıxan gəlir mənbəyini qorumağa çalışır.

Gözdən əlilliyi olan jurnalist Hafiz Babalı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində üzləşdiyi mənzərəni sosial şəbəkədəki hesabında təsvir edib. Jurnalist yazır ki, pensiyası kəslidikdən sonra Milli Oftalmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasının qeydiyyat şöbəsi onun müayinə tarixini aprel ayına təyin edəndə bu gün gördükləri qədər təəccüblənməmişdi:

"Sən demə, yanvar ayında mənim kimi pensiyadan 4 ay müddətinə məhrum olunanlar toya getməli vəziyyətdədir: aprelin 8-də qeydiyyata düşənlərə komissiya dekabr ayının 16-na talon paylayırdı. Niyə yalan deyim: müşahidə etdim, pensiyasını azı 9 ay itirəcək çox az adam bu haqsızlığa etiraz edirdi. Axı, məndən fərqli olaraq, bu pensiya onların bir çoxunun bəlkə də əsas dolanışıq mənbəyidir…”

Gözdən əlillərin pensiyası niyə kəsilir?

H.Babalı qeyd edir ki, buraxılış növbəsi çatanda qeydiyyatçı xanımdan bu gün komissiyaya müraciət edənlərin hansı meyarla 9 ay sonraya dəvət olunduqlarını soruşub:

"Bəlkə güman edirlər ki, gözdən əlillər may ayını Qəçrəşdə, yayı Antalyada keçirdiklərindən gəlməyə vaxtları olmayacaq? Ya komissiya üzvləri özləri deputatlar kimi ilin 6 ayı məzuniyyətdə olurlar? Bəlkə meyar tavana yazılıb, oradan oxuyurlar? Cavab sadə və soyuq idi: "gələnlər çoxdur.” Sanki burada düşünürlərmiş ki, gözdən əlillər pensiyaları kəsiləndən sonra komissiyanın qapısını döyməyəcəklər. Bəri başdan deyim ki, komissiyanın gözləmə zalında keçirdiyim 5 saat yarım ərzində bu fikrə gəldim ki, səbəb bunların heç biridir. Yuxarıdan – nazirlikdən tapşırıq var: kəsin, bacardıqca kəsin saxta təyinatları, elə o birilərini də. Yoxsa, müayinəni 9 ay sonraya saxlamağın məntiqi nədir? Baxın, doqquz ay ərzində pensiyaçıya ayda azı 200 manat verməsən, bu, 1800 manat edir. Ölkədə isə rəsmi məlumatlara görə, 45 minə yaxın gözdən əlil var. 2018-ci ilin məlumatına əsasən onların 8575 nəfəri əmək pensiyası, qalanı isə aylıq sosial müavinət alır(dı). Qalanını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hesablasınlar”.

Hafiz Babalı yazır ki, komissiyalarda uzun növbələrin yaranmasının bir obyektiv səbəbi də varmış:

"Bunu müxtəlif şəhər və rayonlardan pandemiya şəraitində taksiyə pul verib, səhər obaşdan özünü Bakıya yetirən yaşlı və gənc gözdən əlillərlə söhbətdə öyrəndim. Əgər indiyədək əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən hamını Milli Oftalmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyası yoxlayır. Komissiyanın qəbuluna düşəndə gördüm ki, burada bir otaq və 4 həkim var. Aydın məsələdir ki, bütün "qapıları” bağlayıb, bir keçid saxlayanda, komissiya dönüb olacaq pik saatlardakı Bakı küçələri. Təbii, bunu mən ikinci qrupluq gözümlə görürəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində oturan rəsmi şəxslər qartal gözləri ilə uzaqdan görürlər. Amma tədbir görmürlər. Çünki sərf etmir. Həm də maddi baxımdan. Axı, hökumətə məruzə edəndə ki, filan qədər pensiyaçının əlindən kəsib qənaət etmişik, kimlərinsə yaxasına medal vuracaqlar!”

Gözdən əlillərin pensiyası niyə kəsilir?

Jurnalist vurğulayır ki, daha ciddi məsələ komissiyanın tibbi rəyinin təqdim olunması ilə bağlıdır:

"Məsələn, bu gün tibbi rəy üçün müraciət edənlərə həmin sənəd gələn həftənin çərşənbə axşamı təqdim olunacaq. Vətəndaş 5 gün sonra iş-gücünü atıb yenidən Şəkidən, Mingəçevirdən Bakıya gəlməlidir. Lap elə deyək ki, bunu onun Bakıda yaşayan qohumu etdi. Niyə Komissiya bu sənədi göndərişi yazan ərazi üzrə poliklinikaya rəsmi poçtla, yaxud elektron poçtla göndərməsin? Axı, bizi sosial xidmətlərin elektronlaşdırıldığına inandırmağa çalışırlar. Təklifimi komissiya üzvlərinə çatdırdım. Əvvəl təəccübləndilər, sonra isə "nəzərə alarıq” deyə çoxmənalı cavab verdilər. Mən isə ona təəccübləndim ki, təklifi bu neçə ayda dilə gətirən ilk dəfə mən olmuşam”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova isə "Press Klub”un sorğusuna cavab olaraq bildirdi ki, adıçəkilən tibb müəssisəsində yaranan problemin onlara aidiyyəti yoxdur:

"Qəbulda uzun növbələrin yaranması bizim problemimiz deyil, bu məsələləri TƏBİB tənzimləyir. Qanunverciliyə görə, gözdən əlillik də müddətli və ya müddətsiz təyin olunur. Əgər vətəndaşın iki dəfə ardıcıl olaraq 5 il müddətində əlilliyi təsdiqlənirsə, növbəti dəfə ona ömürlük əlillik təyin edilir. Vətəndaşlar qoyulan 5 il müddət bitdikdən sonra dövlətin ixtisaslaşmış göz xəstəlikləri institutunda müayinədən keçməli, onların sağlamlıq vəziyyəti yoxlanılmalıdır. Əgər insan sağalıbsa, ona müavinətin verilməsi dayandırılır, qrupu ləğv olunur, əks təqdirdə isə növbəti 5 il və ya ömürlük əlil müavinətini amaqda davam edir”.

Vətəndaşlar 4-5 ay və daha çox müddətdir ki, müavinət ala bilmirlər. Çünki Oftalmologiya Mərkəzində müayinədən keçmək məşəqqətli problemə çevrilib. Buna baxmayaraq, onların müavinəti kəsilir. Bəs, bu problem necə həll olunmalıdır?

Gözdən əlillərin pensiyası niyə kəsilir?

Əzizova bildirir ki, qanunverciliyiə görə əlillik müddətlidir, əgər vətəndaşın əlillik müddəti tutaq ki, aprelin 1-də bitirsə, ondan sonrakı müddətdə müavinət ala bilməz: "Onun sağlamlıq vəziyyəti yoxlanıb xəstəliyi təsdiqləndiyi halda, müavinəti almaqda davam edəcək. Arada fasilə olan ayların müavinəti isə verilməyəcək”.

Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, əlillərin müayinə olunması ancaq Oftalmologiya Mərkəzinə həvalə edilib. Pandemiya şəraiti nəzərə alınmaqla əlillər özəl xəstəxanalarda özlərini müayinə etdirib, arayış təqdim edə bilməzlərmi?

Əzizova deyir ki, qanunvercilikdə ancaq ixtisaslaşmış dövlət müəssisəsində müayinə nəzərdə tutulur. Özəl klinikalardan müayinə arayışları ona görə qəbul edilmir.

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər