Gündəm

37 saylı TSEK sədri ilə baş həkim üz- üzə - Saxta əlilliyə görə





Beyləqan rayon sakini Allahverdiyeva Könül Hümbətəli qızına qanunsuz yolla saxta əlillik dərəcəsi təyin olunması və onun haqq etmədiyi yüksək məbləğdə pensiya almaq hüququna yiyələnməsi barədə RealMedia.az saytında gedən məqaləni müşayiət edən assosiasiyalardan biri də bu oldu ki, yazıda adı hallanan 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Leyla Nəsirova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıldı, izahatı alındı. L.Nəsirova redaksiyamızla da əlaqə saxlayıb açıqlama verdi. Xatırlatdı ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir və tibbi-sosial ekspert komissiyalarının bu məsələdə rolu məhdudlaşdırılıb: "Göründüyü kimi, burada əsas səlahiyyət sahibi TSEK deyil, rayon (şəhər) mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim komissiyalarıdır. Ona görə də hər hansı şəxsə əlilik dərəcəsinin təyin olunması birbaşa yerli həkim komissiyalarının işidir. Məqalənizdə qeyd olunan məsələ ilə bağlı hazırda Nazirlik araşdırma aparır və bu müstəvidə qanunsuzluğa yol verildiyi təsdiqlənərsə, qanunamüvafiq ölçü götürüləcək".
RealMedia.az" saytı həmin açıqlamanı dərc etdi və inam ifadə etdi ki, Nazirlik məsələ ilə əlaqədar obyektiv araşdırma aparacaq, əsl həqiqəti üzə çıxaracaq. Yəni, səhv göndəriş ləğv olunursa, saxta imtiyazlar da avtomatik olaraq qüvvədən düşəcək. Ən nəhayət, hansı qurumun mənsubu olmasından asılı olmayaraq qanunsuzluğa rəvac vermiş şəxs və ya şəxslər barədə hüquq müstəvisində ölçü götürüləcəkdir.
Maraqlıdır ki, Leyla Nəsirova TSEK sədri olsa da, həm də Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq vəzifəsi daşıyır. Verdiyi açıqlamada əlillik dərəcələrinin təyinatında saxtakarlıq hallarına TSEK-də deyil, yalnız yerli həkim komissiyalarında mümkün ola biləcəyini deməsi ilə belə çıxır ki, Leyla xanım rayon mərkəzi xəstəxanasında yerli həkim komissiyasını nəzərdə tutur. Çünki RMX-nın nəzdində fəaliyyət göstərən yerli həkim komissiyasına sədrlik edən şəxs də məhz baş həkim özüdür. Yəni, L.Nəsirova yerli həkim komissiyasının üzvü olmasa da, təmsil elədiyi qurumlardan birini - TSEK-i "duruya çıxarmaqla", digərinin - RMX-nın "suyunu bulandırıb". Odur ki, baş həkimlə onun arasında Allah eləməmişkən, inciklik yaranması xəbəri çıxarsa, təəccüblənməyə dəyməz.
Əldə etdiyimiz bir başqa ilginc məlumat da Beyləqandakı yerli həkim komissiyasının sədri də daxil olmaqla üzvlərinə Səhiyyə Nazirliyi tərəfindən verilən həkimlik sertifikatlarının vaxtı 2017-ci ildə bitib, təzələnməyib. Bu isə o deməkdir ki, sertifikatsız həkimlər nəinki müalicə işi ilə məşğul ola, eləcə də ekspert kimi rəy də verə bilməzlər. Başqa sözlə, verdikləri rəyin hüquqi əsası yoxdur.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər